Font ölçüsü:
Məqsəd: Uşağın 1 m məsafədə quraşdırılan halqanın içindən topu keçirməsi
Ləvazimat: toplar və halqa
Tapşırıq: Uşağın yanında durun və diqqətini cəlb edin. Topu halqadan 1 metr məsafədən onun (halqanın) içərisindən ataraq keçirdin. Bu hərəkəti uşağa nümayiş etdirdikdən sonra uşağı topu atmağa təşviq edin. İlkin mərhələdə dəstək göstərin, lakin sonra dəstəyin həcmini azaldın və halqaya qədər məsafəni artırın.