Haqqımızda

Biz kimik

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqların (autizm spektr pozuntusu) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı layihə çərçivəsində xüsusi mobil tətbiq www.autizmders.az saytı hazırlanıb.

Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların – xüsusən də autizm sindromlu uşaqların inkişafının təmin olunması üçün valideynlərin dəstəklənməsi, bacarıqlarının artırılması və bu istiqamətdə elektron resursların artırılmasıdır. 

Layihə çərçivəsində uşaq psixoloqu, loqoped, xüsusi pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqların, xüsusən də autizm sindromlu uşaqların valideynləri üçün evdə reabilitasiyaya dəstək vermək məqsədilə video dərslər hazırlanıb və həmin video dərslər əsasında www.autizmders.az adlı veb səhifəyə və Autizm Dərs mobil tətbiqinə yerləşdirilib.

Respublika ərazisində internet istifadəçilərinin sayının artması, həmçinin veb səhifə və mobil tətbiqdən istifadənin genişlənməsi və online öyrənmənin trend olmasını nəzərə alaraq, video dərslərin məhz veb səhifə və mobil tətbiq vasitəsilə valideynlərə çatdırılması qərarlaşdırılıb. Layihə respublika üzrə bir yenilikdir və xüsusi uşaqların valideynlərinə dəstək baxımından ilkdir, həmçinin gələcəkdə bu sahə üzrə innovasiyaların tətbiqini stimullaşdırır.

Tətbiq və veb səhifədə yerləşdirilən video dərslər vasitəsilə valideynlər uşaqlarının sərbəst şəkildə inkişaf sahələri üzrə bacarıqlarının artırılmasını nəzərdə tutan video dərsləri izləyə biləcək, həmçinin bu tətbiq vasitəsilə valideynlər qrafik üzrə video dərslərə xatırlatma qoya biləcək, izlədiyi videoları müəyyən edə biləcək və planlaşdırma apara biləcək. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirir. Tətbiqdə həm də maarifləndirici materiallar da yerləşdirilib. 

Layihə çərçivəsində tətbiqin texniki şərtin hazırlanması, tətbiqin və veb səhifənin dizaynın hazırlanması, tətbiqin saytının proqramlaşdırılması, tətbiqin proqramlaşdırılması, tətbiqə texniki dəstək, tətbiqin hazırlanması üçün konsultantların cəlb olunması, tətbiqin istifadəsi ilə bağlı təlimatların hazırlanması, uşaqların fərdi məşğələlərin aparılması üçün video dərslərin hazırlanması, tətbiqin tanıtımı üçün materiallarının hazırlanması və tətbiqin təqdimatının təşkil olunması işləri icra olunub. 

Layihə sağlamlıq imkanları məhdud uşaqların inkişafına dəstək missiyasını həyata keçirmək, valideynlərin bu istiqamətdə bacarıqlarının artırılmasına nail olmağı planlaşdırır. Video dərslər yüngül diaqnoza sahib uşaqların və ya peşəkar reabilitasiyaya dəstək olmaq üçün ev şəraitində valideynlərin fərdi məşğələlər keçirməsini hədəfləyir. 

Layihənin ilkin mərhələsində sağlamlıq imkanları məhdud uşaqların inkişafınını nəzərdə tutan 200 ədəd 7 istiqamət üzrə video dərs hazırlanmış və mobil tətbiqə və veb səhifəyə yüklənmişdir. Video dərslərin mövzuları və məzmunu uşaq inkişaf mütəxəssisi, psixoloq, loqoped, idman müəllimi və pedaqoqun daxil olduğu layihə komandası tərəfindən hazırlanıb. Video dərslərin məzmunu hazırlanan zaman Türkiyə, Rusiya və Qərb mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub.

Layihənin məqsədi autizm sindromlu uşaqların inkişafının təmin olunması üçün valideynlərin dəstəklənməsi, bacarıqlarının artırılması və bu istiqamətdə elektron resursların artırılmasıdır.