Font ölçüsü:
Məqsəd: Uşağın tək ayaqla 2 metr məsafəni hoppanması
Ləvazimat: 2 konus
Tapşırıq: Uşağın yanında durun və diqqətini cəlb edin. Tək ayaqda duraraq önünüzdə olan konusa doğru hoppanın. Eyni zamanda uşağın baxışının sizin etdiyiniz hərəkətə fokuslanmasına əmin olun. Daha sonra uşağın tək ayağın üstündə duraraq hoppanmasını təmin edin. İlkin mərhələdə dəstəklə hərəkəti davam etdirin daha sonra isə müstəqil və daha uzun məsafələrə tək ayaqla hoppanmasına nail olun.