Font ölçüsü:
Məqsəd: Uşağın üç əşya arasında iki eyni əşyanı aşkarlayıb işarə etməsi
Ləvazimat: 2 maşın, 2 kub, 2 top, 2 fincan, 1 səbət
Tapşırıq: Uşağın qarşısında stolun üzərinə üç əşya qoyun (iki eyni əşya və bir fərqli, məsələn: iki kub və bir səbət). Uşağın diqqətini toplayın və soruşun: "Hansı əşyalar eynidir?" Uşağınızın sizə iki eyni əşya verməsinə kömək edin. Cavabları möhkəmləndirin. Tədricən kömək üçün etdiyiniz yardımın səviyyəsini azaldın. Sonda yalnız düzgün cavabları möhkəmləndirin.