Font ölçüsü: 15px12px
Məqsəd: Uşağın hərəkətlər təsvir olunan 2-3 kart arasından yetkin şəxs tərəfindən hərəkəti adlandırdıqda hərəkəti işarə etməsi (və ya verməsi).
Ləvazimat: hərəkətləri təsvir edən kartlar
Tapşırıq: Uşağın qarşısına 2-3 hərəkətləri təsvir edən kart qoyaraq hərəkəti adlandırırsınız. Daha sonra uşaqdan hərəkəti işarə etməsini və ya göstərməsini təşviq edirsininiz. Öncə öyrəndiyi hərəkətlərdən başlayın. Növbəti hərəkətləri təsvir edən kartlar nümunə kimi verilir:
1. Ayaq üstə durmaq
2. Oturmaq
3. Əl çalmaq
4. Əl yelləmək
5. Yemək
6. İçmək
7. Dönmək
8. Tullanmaq
9. Qucaqlamaq
10. Öpmək
11. Püləmək
12. Yatmaq
13. Qapını döymək
14. Oxumaq
15. Rəsm çəkmək
16. Ağlamaq
17. Saçını daramaq
18. Atmaq
19. Addımlamaq