;

Barmaqlarla məşğələ

Barmaqlarla məşğələ
  • 376
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Məqsəd: Uşağın incə motor kontrolun artırılması

Ləvazimat: əl məşğələlərin siyahısı

Tapşırıq: Uşağın qarşısına əyləşin. Diqqətini cəlb edin və növbəti şeiri deyərək əlin barmaqları ilə hərəkət edin.

Baba babanı gördü,- baş barmaqlar birləşir

Nənə Nəni gördü,- şəhadət barmaqları birləşir

Ata atanı gördü, -orta barmaqlar birləşir

Ana ananı gördü,- adsız barmaqlar birləşir

Uşaqlar görüşdülər- çəçələ barmaqlar birləşir

Qonşular görüşdülər- əl qıfıllanır.

Baş barmaq,- baş barmaqlar birləşir

Başala barmaq,- şəhadət barmaqları birləşir
Uzun hacı, -orta barmaqlar birləşir
Qıl turacı,- adsız barmaqlar birləşir

Xırdaca bacı.- çəçələ barmaqlar birləşir
Bu vurdu,- baş barmaq qatlandı
Bu tutdu,- şəhadət barmaq qatlandı
Bu bişirdi,- orta barmaq qatlandı
Bu yedi,-adsız barmaq qatlandı
Vay, bəbəyə qalmadı- çəçələ barmaq qaldı

Əvvəlki dərs İnsan təsvirinin kopyalaması
Növbəti Dərs Qaşıqla qarabaşığı yığmaq
Əlaqəli dərslər
© Image Copyrights Title

Sadə təsvirlərin kopyalaması

© Image Copyrights Title

Düz xətli işarələrin kopyalaması