;

C. Həndəsi fiqurların eyniləşdirilməsi

C. Həndəsi fiqurların eyniləşdirilməsi
  • 331
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Məqsəd: Uşağın həndəsi fiqur təsvirlərini eyniləşdirməsi

Ləvazimat: Həndəsi fiqurları təsvir edən segen lövhəsi

Tapşırıq: Uşağın qarşısına masa arxasında əyləşin. Diqqətini cəlb edin. Öncədən masa üzərinə uşağın önünə Segen lövhəsini qoyun. Uşağa lövhənin ciblərindən öncə götürülmüş həndəsə fiqurların təsvirlərini bir-bir təqdim edin və “Yerini göstər” təlimatı verin. Uşaq həndəsə fiquruna uyğun cibi göstərdikdən sonra həndəsə fiqurunun təsvirini verin. Uşaq təsviri yerləşdirdikdən sonra onu rəğbətləndirin.

Əvvəlki dərs Zərfləri adlandırma
Növbəti Dərs Üç mərhələli ardıcıllıq tapşırığını yerinə yetirmək.
Əlaqəli dərslər