Xuraman Ramazanova

Layihə Mütəxəssisi \ İdman Müəllimi

Ramazanova Xuraman İlqar qızı 14 Dekabr  1997 – ci ildə Bakı şəhərində anadan olmuşdur. 2014 – cü  ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil olmuşdur. 2011 - ci il 14 aprel tarixində Kapoeyra idman növü ilə məşğul olmağa başlamışdır. 2014 – cü ildən etibarən  Kapoeyra idman növü üzrə professional fəaliyyətə başlamışdır. Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən 2014 – cü il "İlin məşqçisi", 2017 – ci il "İlin ən yaxşı qadın məşqçisi” adına layiq görülmüşdür. Müxtəlif illərdə Azərbaycanda keçirilən Respublika yarışlarında 1 – ci yer tutaraq “5 qat Respublika çempionu” adını qazanmışdır. 2013 – cü ildə təşkil olunmuş “Kapoeyra üzrə Dünya Çempionatı”nda Bürünc medal qazanaraq ölkəmizi təmsil etmişdir. 2020-ci ildə Estoniyada keçirilən “Beynəlxalq Turnir”də  bütün rəqiblərinə qalib gələrək  1 – ci yerə layiq görülmüşdür. 14 – 16 Yanvar  2022-ci il tarixlərində Macarıstanda keçirilən “Kapoeyra üzrə Beynəlxalq Turnir”də gümüş medal qazanaraq ölkəmizi təmsil etmişdir və “Beynəlxalq Dərəcəli Hakim” adını qazanaraq Azərbaycan tarixində bu titulu qazanan ilk qadın olmuşdur. 2018 – ci ildə Londonda keçirilən “Kapoeyra Psixologiyası və Tədris metodları” seminarında müvəffəqiyyətlə iştirak etmişdir. Müxtəlif illərdə Amerika, Fransa, Avstriya, Belçika və Hollandiyada keçirilən Kapoeyranın tədris metodları, uşaqlara fərdi yanaşma mövzusunda seminarlarda müvəffəqiyyətlə iştirak etmişdir. 2019 - cu ildən etibarən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan müəssisələrdə  İdman müəllimi  kimi fəaliyyətə göstərir.

Layihə Mütəxəssisi \ İdman Müəllimi

Xuraman Ramazanova