;

Autizmli uşaqla restorana necə getmək olar?

Ailədə autizmli uşaq olduqda, restorana və ya kafeyə ailə səfəri üçün tövsiyələr
  • 588
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Uşağınızın autizm xəstəsi olduğu və bu cür fəaliyyətlər ona stress yarada biləcəyi üçün restoranlara getməməyə çalışırsınız? Autizmli uşaqla restorana gedərlən meydana çıxa biləcək tipik problemlərdən bəzilərinin qarşısını almaq üçün sizə biq qism məsləhətlərimiz var.

Bir çox insanlar zaman-zaman özlərini restoran mətbəxi ilə sevindirməyi xoşlayırlar. Ancaq əgər siz autizmli bir uşağın valideyni və ya babası, yaxud nənəsisinizsə o zaman bir çox çətinliklərlə üzləşə bilərsiniz, hansılar ki, nə sizin, nə uşağınızın, nə də restoranda olan digər ziyarətçilərin bu çətinlikləri aradan qaldırmaq üçün həddindən artıq səy göstərməsinə dəyməz. Biz sizə ən çox rast gəlinən problemlərin öhdəsindən gəlmək üçün bəzi məsləhətləri təqdim edirik.

Problem: Autizmi olan uşağınız dəyişikliklərlə əlaqəli / yeni yerlərə getmək əlaqəli çətinlik çəkir

Uşağınızı restorana getməyə hazırlamaq üçün müxtəlif yollar mövcuddur. Siz aşağıda təqdim edilmiş sadə addımlarla başlaya bilərsiniz:

- İlkin olaraq evdə restorana baş çəkməklə bağlı bütün prosesi məşq edin. Menyunu necə vərəqlədiyinizi, necə sifariş verdiyinizi və ya sifarişin gətirilməsini gözləyərkən şəkil çəkdiyinizi, səssiz oyun oynadığınızı nümayiş etdirin - və uşağa xüsu olaraq xatırladın ki, oturduğu yerdə qalması, yəni ora-bura qaçmaması vacibdir.

- Nisbətən aşağı səviyyəli restoran müəssisələrində məşq edin: məs. fast food və ya qəlyanaltı təqdim olunan yerlər. Əlbəttə ki, bu, bir az fərqli təcrübə olacaq, lakin bu, tipik bir restoranı ziyarət etməyin yolunu açmağa kömək edəcək.

- Klassik restoranlara o açıldıqdan dərhal sonra və ya sakit saatlarda ziyarət edin, o zaman daha az insan sizin qarşılaşa biləcəyiniz problemlərin şahidi olacaq. Qəlyanaltı və ya desert kimi sifarişlər verin və çalışın ki, sifarişiniz birdən çox yeməyi əhatə etməsin.

Uşağınız (və siz!) bu ilk addımları mənimsədikdən sonra əsl sınaq vaxtı gəlib çatır: adi bir restorana getmək.

Bu cür macəraya hazır olduğunuz zaman aşağıdakı ipuçlarını unutmayın:

1. Əgər uşağınıza restorana getməsi üçün zehni hazırlıq vaxtı lazımdırsa, restorana getməyi razılaşdığınız andaca planlarınız haqqında ona bildirin.

2. Siz bütün dəyişikliklərdən xəbərdar olmalı və uşağa yerin dəyişdirildiyi və ya eyni başqa bir restorana getdiyinizi izah etməlisiniz.

3. Lazım gələrsə, uşağın sevimli oyuncaqları və ya kitabları ilə yanaşı evdən ərzaq məhsulları da gətirə bilərsiniz.

4. Mümkünsə ümumi tualetə getməkdə çətinlik çəkməmək (yaxud daha da pisi, uşağı tualet mövzularından iyrəndirməmək) üçün evdən çıxmazdan əvvəl uşağınızın tualetə getdiyinə əmin olun.

5. Sürətli xidməti ilə tanınan restoranı seçməklə problemlərin qarşısını almağa çalışın (yaxud ən azından ofisianta tələsdiyinizi bildirin).

6. Xüsusi uşağınız olduğunu ofisianta necə bildirəcəyinizi düşünün - bu, daha tez xidmət edilməsi tələbi kontekstində də edilə bilər və ya oğlunuzun suallara niyə tamamilə məhəl qoymadığını izah edərkən də: "Beləliklə, nə içəcəksiniz, cavan oğlan?"

7. Həmişə uşağınızın yanında olun - və sizi ovsunlayan dadlı yemək və ya maraqlı söhbətin sizi uşağın nə etidyini nəzarətdə saxlamanızı unutdurmağa imkan verməyin. Başqa sözlə heç bir halda diqqətinizi uşaqdan yayındırmayın. Autizmli uşaqlar düşünmədən əyilib qonşu masada oturan oğlandan bir neçə kartof oğurlaya və ya yaxınlıqdakı divanda oturan bir yeniyetmə diqqətli şəkildə gözlətini çəkmədən baxa bilərlər.

8. Uşağın şirəni üstünə tökməsini gözləməyin, əksinə yaxşı olar ki, elə əvvəlcədən uşaq üçün içkini qapalı xüsusi fincanda gətirilməsini xahiş edəsiz.

Problem: Həddindən artıq həssas stimullaşdırma

Adətən restoranlar izdihamlı və səs-küylü yerlərdir ki, bu da tamamilə normaldır. Ancaq siz bir valideyn olaraq bilirsiniz ki, bəzi autizmli uşaqlar səslərin qəbul edilməsi, hərəkətlər, qoxu və görmə duyğuları  ilə bağlı ciddi problemlər yaşayırlar.

Restoranlara ziyarət uşağınız üçün problem olarsa, onun həddindən artıq reaksiyasına səbəb olan stimulları minimuma endirə bilərsiniz. Bunun üçün aşağıdakı tövsiyyələr təqdim olunur:

1. Restoranı sakit saatlarda, adamın az olduğu vaxtlarda ziyarət etməyi planlaşdırın və xahiş edin ki, sizi digər masalardan, xüsusilə də daha çox qrup insanın toplaşdığı masalardan kənarda otuzdursunlar.

2. Tualetə, mətbəxə və ya əsas girişə yaxın oturmamağa çalışın, çünki bu, girib çıxanların çox olması, yəni, masanızın yaxınlığında insanların daimi axını demək olacaq.

3. Küncdə əyləşməyə çalışın ki, səs sizi dörd tərəfdən əhatə etməsin.

4. Masada olarkən uşağı ən az narahat edilə biləcəyi yerdə oturdun: onu arxası zala, yəni daha çox insan toplaşdığı, ora-bura vurnuxan adamlarə görə bilməyəcəyi yerə, ya da masanın əks tərəfinə əyləşdirə bilərsiniz ki, o, keçən qonaqlara və ofisiantlara yaxın olmasın.

5. Mümkünsə, adi masa yerinə şəxsi kabinə istəyin (hətta adi kabinələr belə daha üstündür).

6. Uşağınızı bir neçə dəqiqəlik çölə çıxara bilməniz üçün başqa bir masada yüksək ad günü şüarları eşidilməzdən əvvəl ofisiantınızdan sizi nəzakətlə xəbərdar etməsini xahiş edin.

7. Əgər uşağınız qulaq tıxaclarından və ya qulaqlıqlardan istifadə etməkdən çəkinmirsə, onları hər zaman əlinizdə saxlayın.

8. Əgər ümumi mühit çox həyəcanlıdırsa, uşağı çölə çıxarın və ya onunla birlikdə maşında oturun (bu səbəblərə görə siz giriş qapısının yanında da stol istəyə bilərsiniz).

9. Uşağınızı daiami olaraq nə iləsə məşğul etməyə çalışın: özünüzlə qələm və kağız, kitablar, hətta xüsusi "restoran" oyuncaqları gətirin.

Problem: Uşağınız bir yerdə otura bilmir

1. Ayrıca bir kabinet istəyin - bu yolla siz uşağınızın harasa çıxışını asanlıqla bloklaya bilərsiniz. (Lakin unutmayın ki, bir çox restoranlarda divanın ətrafındakı rəflərdə və ya divarlarda bitkilər və hər cür sənət nümunələri yerləşdirilir və bu əşyalardan hər hansı biri təhlükəli ola bilər.

2. Əgər siz ətrafında stillar olan masada oturmusunuzsa, başqaları üçün xoşagəlməz anların baş verməsi riskini azaltmaq üçün uşağınızı restoranın digər müştərilərindən ən uzaq məsafədəki oturacaqda (divarın yanında küncdə və ya sizinlə birlikdə olan iki digər şəxsin arasında) əyləşdirin.

Problem: Çox narahat / bir yerdə otura bilməyən uşaq

Autizmli uşaqlar (dünyadakı əksər uşaqlar kimi) heç də çox olamyan səbr ehtiyatına malikdirlər. Oturub sizə masa ayrılmasını gözləmək darıxdırıcı və yorucudur. Çox guman ki, bu müddət ərzində uşağınız ətrafla tanış olmaq üçün araşdırma apara bilər və ya sadəcə çıxıb getmək istəyər - və hətta masanız hazır olana qədər yüksək səslə ona  oturacaq verilməsini tələb edə bilər. Bu zaman nə edə biləcəyinizlə bağlı aşağıda sadalanan bəzi məsləhətləri sizin nəzərinizə çatıdırırq:

1. Boş masa üçün gözləmə müddəti 5-10 dəqiqədən çox ola bilən restoranlardan uzaq durun. Bunu öyrənmək üçün sakit saatlarda, yəni müştərilərin az olduğu vaxtlarda (məsələn, iş günləri saat 16.00-la 17.00 arasında) restorana gedə bilərsiniz, bu yolla siz kütləvilikdən qaça bilərsiniz.

2. Bu günlərdə getdikcə daha az restoran rezervasiya sistemindən istifadə etdiyi üçün müəyyən bir müəssisənin ən azı “əvvəlcədən zəng” sistemindən istifadə edib-etmədiyini öyrənin. Əslində, siz evdən çıxdığınız andan zəng edib adınızı siyahıya saldıra bilərsiniz, baxmayaraq ki, bu sistem adətən restorana baş çəkməzdən yarım saat əvvəl üçün etibarlıdır. Əvvəlcədən zəng sistemindən istifadə edən restoranlara Chlii's və TGI Friday daxildir.

3. Tədbirlərin tempini təyin edin. Ofisiant il olaraq içki sifarişinizi almaq üçün sizə yaxınlaşdıqda, bütün sifarişi verməyə hazır olun. Yox əgər siz hələ sifarişi tam olaraq verməyə hazır deyilsinizsə, heç olmasa ofisiantınıza tələsdiyinizi deyin (xidməti sürətləndirmək üçün) və ya uşağınızın autizmli olduğunu izah edin və başa salın ki, sürətli xidmət uşaq üçün restorana gəlmək təcrübəsini daha rahat və daha az problemli etməyə kömək edəcək.

4. Buna ehtiyac olduğunu başa düşən kimi uşağınızın sevimli yeməklərini təkrar sifariş edin, fincanın və ya boşqabın tamamilə başalmasını gözləməyin. (Bəzən siz elə əvvəlcədən hər hansı bir sifarişdən iki porsiya sifariş verə bilərsiniz, bununla da prosesin növbəli şəkildə getməsini təmin etmiş olarsınız).

5. Yemək bitdikdən sonra çox guman ki, uşağınız evə getmək və ya maşına getmək istəyə bilər - ya da istənilən hər hansı bir yerə. Odur ki, ehtiyac yaranan kimi getməyə hazır olun... hər ehtimala qarşı. Etməli olduğunuz ilk şey, sifariş verdikdən dərhal sonra qəbz istəmək və hesabı ödəməkdir. Əgər siz kart təqdim edisinizsə ofisiant artıq əsas yeməyinizi təqdim edərkən restoranın kartınızı qəbul etdiyinə əmin olmalısınız. Yəni başqa sözlə hesabı ödəmək üçün yeməyin bitməsini gözləməyin, bu sizə əlavə vaxt itkisindən qaçmağa kömək edəcək.

Problem: Autizmli uşaq yemək yeməkdən imtina edir

Autizm spektri pozğunluğu olan uşaqların əksəriyyəti yeməkdə olduqca seçicidirlər. Onlar, yemək vizual, toxunma, qoxu və dad testlərindən keçməyincə heç nə yeməyəcəklər - və heç də hər yemək  ilk iki meyara belə tam olaraq cavab verməyəcəkdir.

Təslim olmayın! Autizmli uşağı restorana və ya yeməkxanaya apararkən nəzərə alınmalı olan bəzi məqamlar bunlardır.

1. Uşağınızın həqiqətən ac olduğundan əmin olun. Əgər adi vaxtlar belə uşağın qida qəbulunda çətinliklər olursa, oğlunuz və ya qızınızın iştahı olmayan zamanlarda qida qəbulu proseduru ümumiyyətlə kabusa çevriləcək!

2. Evdən çıxmazdan əvvəl əmin olun ki, menyuda uşağınızın həqiqətən yeyə biləcəyi yeməklər var (düyü, adi əriştə, kartof qızartması) - və ya sadəcə evdən onun üçün yemək gətirin.

3. Uşağınızın hər hansı xüsusi olaraq üstünlük verdiyi nələrsə varsa bunu nəzərə alın və sifariş verərəkən xüsusilə dəqiq olun. Güman etməməlisiniz ki, sizin "sadə" tərif verdiyiniz yemək həmin restoranda eynidir və başa düşüləndir. Siz uşağınızın yediyi adi bir yemək sifariş edə bilərsiniz, amma həmin yemək bu restoranda başqa cür hazırlana bilər və uşağın ağız dadına uyğun gəlməyə bilər. Odur ki, nə istədiyiniz dəqiq olaraq başa salmağa çalışın. Məsələn əriştə sifariş edirsinizsə və uşağınız onu sadə şəkildə yeməyi sevirsə o zaman qeyd edin ki, əriştədə heç bir qarnir, sous, hər hansı bibər və ya göyərti qarışığı, pendir, sarğı, bitki və ya heyvan yağı və s. olmasın.

4. Restorana səfəriniz planlaşdırılmamışdı - buna görə də hazır deyilsiniz? Ən pis halda, restoranlarda adətən kraker və ya müxtəlif  növ meyvə olur (çox vaxt bu, barda və ya yeməklərdə qarnir kimi nədən istifadə olunduğundan asılıdır).

5. Siz həmçinin uşağınızın adətən etiraz etmədən yediyi tez xarab olmayan qidalardan bəzilərini çantada və ya maşında da özünüzlə gətirə bilərsiniz.

6. Bundan əlavə alternativ olaraq, siz hər hansı  bir restoranda və ya ərzaq mağazasında dayanıb uşağınızın sevəcəyi hər hansı bir şeyi də  ala bilərsiniz.

7. Onu emosional çöküşə gətirə biləcək suallaral onu bezdirməyin. Məsələn, sən nə yemək istəyirsən və ya nəyi yemək istəmirsən. Həqiqətən də, uşağı məhz elə indi yeməyə məcbur etməklə sizin və ya digər ziyarətçilərin gecəsini (istirahətini) pozmağa dəyməz.

Heç bir şey kömək etmədikdə

Bəzən autizmli uşağı demək olar ki, heç nə sakitləşdirə bilmir - onları sadəcə sakitləşdirmək mümkün deyil. Həmişə iki hissədən ibarət olan getmək strategiyasından istifadə etməyə hazır olun: valideynlərdən biri (qəyyum) uşağı və ya uşaqları çölə və ya avtomobilə aparır, digəri isə hesabı ödəyir və yemək qutularının qablaşdırılmasını gözləyir. (Ofisantınız öz işinin öhdəsindən yaxşı gələrsə, səxavətli bir bəxşiş buraxmağı unutmayın).

Nə vaxt qalacağını ... nə vaxt getməli olduğunu bilmək

Uşağınızın müxtəlif ictimai yerlərdə necə davranacağını öyrənməsi əlbəttə ki, vacib olsa da, bunu məcbur etməklə həyata keçirmək olmaz. Siz xoş bir gecə keçirməyə layiqsiniz və bu halda təbii olaraq  istədiyiniz son şey hər dəfə problemlə üzləşmək olacaq. Əgər siz üzərinizdə çalışsanız, əmin olun ki, hər şüy zamanla düzələcək.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar