Məqsəd: Uşağın ardıcıl olaraq iki əşyanın arasında ortaq və fəqli xüsusiyyəti adlandırması
Ləvazimat: meyvə, tərəvəzlərin maketləri və oyuncaqlar
Tapşırıq: Uşağın qarşısındakı stulda oturun. İki eyni, lakin fərqli xüsusiyyətlərə malik əşyanı təqdim edin. Məsələn: iki eyni top, lakin fərqli rənglərdə (mavi və qırmızı) və soruşun: "Onların fərqi nədədir?" və ya "Onların oxşar cəhətləri nədir?" Uşağa obyektlər arasındakı fərqin nə olduğunu və oxşarlığın nə olduğunu izah etməyə kömək edin: "Biri mavi, digəri qırmızıdır" və ya "Onların hər ikisi topdur." Cavabları möhkəmləndirin. Uşağı həvəsləndirərək göstərişlərinizə müstəqil şəkildə əməl etməyə təşviq edin. Uşağı, yalnız heç bir köməklik olmadan müstəqil şəkildə verdiyi cavablara görə tərifləyin.