Font ölçüsü:
Məqsəd: Uşağın qısa zaman öncə baş verən hadisələrlə bağlı sualları cavablandırması
Ləvazimat: gəlincik və daraq
Tapşırıq: Uşağı müəyyən bir yerdə bəzi hərəkətlər etməyə dəvət edin (məsələn: "dolaba yaxınlaşıb sevdiyi oyuncağı götürmək və oynamaq"). Uşağı təyinat yerinə qədər müşayiət edin. Uşaq təlimatı tamamladıqdan sonra ona baş verənlərlə bağlı bir neçə sual verin (məsələn, "Sən hara getmişdin? Orada nə etdin? Nə gördün?") Hər suala cavab verməyə kömək edin. (misal üçün: "mən dolaba yaxınlaşdım. Orada gəlincik və daraq gördüm. Onlarla oynadım ”. Hər bir cavabı möhkəmləndirin. Uşağın düzgün cavab verməsi üçün etdiyiniz köməyin səviyyəsini azaldın. Sonda yalnız düzgün cavabları möhkəmləndirin.