Məqsəd: Uşağın əşyaların təsvirini kateqoriyaya görə təsnifatlandırması
Ləvazimat: oyuncaq, nəqliyat, heyvan, meyvəni təsvir edən kartlar
Tapşırıq: Uşağın qarşısında əyləşin və diqqətini cəlb edin. Hər kateoqriyadan bir əşyanı uşağa göstərin və kateqoriyanı adlandırın. Masada hər kateqoriya üçün bir təsviri qoymaqla yer müəyyən edin. Hər kateqoriya üçün yer təyin olunduqdan sonra uşağa digər əşyaların təsvirini təqdim edin və soruşun "Bunu hara qoyaq?”. Uşaq düzgün işarə etdikdən sonra ona təsviri düzgün yerə yerləşdirməyə imkan yaradın. Sonra kateqoriyanı adlandıraraq ona daxil olan əşyaların təsvir toplusuna işarə etməsini istəyin. İlkin mərhələlərdə dəstək göstərin daha sonra isə müstəqil etməsinə nail olun.