Font ölçüsü:
Məqsəd: Uşağın istədiyi əşyanı işarə etməsi
Ləvazimat: Bir neçə əşya (aralarında uşağın sevdiyi əşya və ya oyuncaq olmalıdır)
Tapşırıq: Uşağın qarşısında oturaraq, uşağın üstünlük verdiyi bir əşyanı (və ya oyuncaq) götürün. Deyin: “Hansını istəyirsən?” Uşağı dominant əlin şəhadət barmağı ilə obyektə toxunmağa təşviq edin. Əşyanı dərhal verin, onunla oynamağa icazə verin. Proseduru təkrarlayın, uşağa düzgün cavab tapması üçün daha az kömək edin. Xüsusilə, sizin tərəfdən cüzi köməklə tapılan düzgün cavabları təqdir edin.