Font ölçüsü:
Məqsəd: Uşağın əşyaları əlamətlərinə görə fəqləndirməsi
Ləvazimat: böyük və balaca maşın, uzun qısa zolaq, plastelin, quru və nəm salfet.
Tapşırıq: Masaya uşağın qarşısına iki eyni əşya yerləşdirin (məsələn: avtomobillər), lakin onların ölçüləri fərqli olsun (böyük və kiçik). Təlimat: "Böyük maşını göstər”. Düzgün cavab verdikdə uşağı rəğbətləndirin. Möhkəmləndirici məşğələlər keçirdin.
Növbəti xüsusiyyətləri nümunə kimi istifadə etmək olar:
Böyük/kiçik
Uzun/qısa
Quru/yaş
Qalın/nazik
İsti / soyuq
Təmiz / çirkli
Yüksək / Aşağı
Ağır / yüngül
Sərt / yumşaq
Boş / dolu
Gənc / qoca
Köhnə / yeni
Hamar / kobud
Açıq / qapalı