Font ölçüsü:
Məqsəd: Uşaq kartlarda insanın yaşadığı hissləri ifadə edən təsviri işarə etməsi və adlandırması
Ləvazimat: Emosiyaları təsvir edən kartlar
Tapşırıq: Uşağın qarşısında oturaraq diqqətini cəlb edin və soruşun: "Mən nə etdim (özümü necə hiss edirəm)?" Uşağa suala cavab verməyə kömək edin, cavabı möhkəmləndirin. Üzünüzdə duyğuları göstərin, uşağa cavab verməyə kömək (yaşadığınız emosiyanı təsvir edən kartlara işarə edin) edin. Son nəticədə yalnız düzgün cavabları möhkəmləndirin.