Ləman Qasımlı
Layihə Mütəxəssisi \ Defektoloq - Loqoped
Qasımlı Ləman Fikrət qızı 20 may 1996 - cı ildə Kürdəmir rayon Şahsevən kəndində doğulmuşdur. 2013 - cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin Korreksiyaedici təlim ixtisasına daxil olmuş və 2017 ci ilə oranı bitirmişdir. 2017 - 2019 - cu illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Təhsildə qiymətləndirmə və monitorinq ixtisasını magistr pilləsi üzrə fərqlənmə ilə bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə müxtəlif seminar, kurs, layihə və konfranslarda fəal iştirak etmişdir. Magistraturada oxuduğu dövrdən defektoloq - loqoped üzrə çalışmağa başlamışdır.
2018 - ci ildə İdeal Psixologiya və İnkişaf Mərkəzində, 2019-cu ildə 4 saylı Bakı Asan Xidmət Mərkəzində, 2021 - ci ildə Səlis Danışıq Yaşam, Psixoloji və Loqopedik Akademiyada fəaliyyət göstərmişdir.
2021 - ci ildən isə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin 4 müəssisəsində - Baby Star Uşaq Bağçası, Peter Pan Uşaq Bağçası, Joyful Uşaq Bağçası, İndigo Uşaq Bağçası Qarayev Filialında defektoloq – loqoped kimi fəaliyyətini davam etdirir. İki məqalə və bir tezis müəllifidir.
Layihə Mütəxəssisi \ Defektoloq - Loqoped