Nigar İsmayılzadə
Layihə Mütəxəssisi \ Uşaq Psixoloqu
İsmayılzadə Nigar Ceyhun qızı 9 Yanvar 1999-cu il tarixində Tovuz şəhərində doğulmuşdur. 2016-cı ildə Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakultəsinə daxil olub. 2017-ci ildə Bakı Dövlət Universitetinin “SABAH qrupları” nın Psixologiya ixtisasına qəbul olub və 2020-ci ildə oranı bitirib. Təhsil aldığı müddət ərzində ixtisası ilə bağlı müxtəlif təlim və kurslarda iştirak edib: “Uşaq Hüquqlarının Pilləli Tədrisi” təlimi, “Art terapiya” təlimi, “Uşaq rəsmlərinin analizi” təlimi, “BƏDƏN DİLİ: Şüuraltının sirləri” təlimi, “İntensiv uşaq klinik psixologiyası-diaqnostika” kursu, “Uşaqların cinsi tərbiyəsi” kursu, “Uşaqların ilkin psixoloji dəyərləndirilməsi” təlimi, “Pasientdə sürətli dəyişiklik yaradacaq beş texnika” təlimi. 05.01.2019-cu il tarixindən 30.12.2019-cu il tarixinədək Psixoloji Sağlamlıq Mərkəzi - uşaq reabilitasiya şöbəsində və 17.02.2020-ci il tarixindən 29.05.2020-ci il tarixinədək Konsultasiya və İnkişaf Mərkəzində Psixoloq olaraq fəaliyyət göstərmişdir. 15.09.2020-ci ildən 30.09.2021-ci il tarixinədək Nəsrəddin Tusi adına texniki təmayüllü məktəb - liseydə Psixoloq olaraq fəaliyyətini davam etdirmişdir. 2021-ci ildə magistr dərəcəsi üzrə Klinik Psixologiya ixtisasına daxil olmuş və hal-hazırda təhsilini davam etdirir. O, 05.10.2021-ci il tarixindən etibarən “İndigo Special” Uşaq İnkişaf və Reabilitasiya Mərkəzində Psixoloq olaraq fəaliyyət göstərir.
Layihə Mütəxəssisi \ Uşaq Psixoloqu