Şəfiqə Fərzəliyeva
Layihə Mütəxəssisi / Pedaqoq
Fərzəliyeva Şəfiqə Əli qızı 17 İyul 1987 – ci ildə Bakı Şəhərində doğulmuşdur. 2006 – cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil fakültəsinə daxil olub və 2010 – cu ildə oranı bitirib. 2011 – 2017 – ci illərdə müxtəlif uşaq bağçalarında Tərbiyəçi – Müəllim olaraq fəaliyyət göstərmişdir. Həmçinin “Uşaq İnkişafı Nəzəriyyələri, mərhələləri, xüsusiyyətləri, tətbiqi metodları”, “Məktəbəqədər Təhsil Müəssisələrində Təhsil Proqramı–Kurikulum Onun Mahiyyəti və Hazırlanması”, “Məktəbəqədər Təhsil Müəssisələrində Tədris Planının hazırlanması və Həyata Keçirilməsi Metodları” kimi seminarlarda fəal iştirak etmişdir.
2017 – 2019 - cu illərdə “mini Lisey” Şagird Mərkəzində Pedaqoq olaraq fəaliyyət göstərmişdir.
2018 – ci ildə “Peşəkar İnkişaf və Müasir Müəllim” adlı Pedaqoji Forumda fəal iştirak etmişdir.
2019 – cu ildən etibarən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsində Təlim – Tədrisin Təşkili üzrə Koordinator olaraq fəaliyyət göstərir.
Layihə Mütəxəssisi / Pedaqoq