Səmayə Qasımova

Layihə Mütəxəssisi \ Uşaq Psixoloqu

Qasımova Səmayə Əhəd qızı 29 iyul 1998 - ci ildə Bakı şəhərində doğulmuşdur. 2015 - ci ildə Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakultəsinə, təhsildə sosial - psixoloji xidmət ixtisasına daxil olub və 2019-cu ildə oranı bitirib. 2019 - cu ildə Rusiyanın Kazan şəhərindəki Kazan Federal Universiteti Ümumi psixologiya fakultəsinə, şəxsiyyət hallarının psixologiyası ixtisasına daxil olub və 2021 - ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2018 – ci ildə 6 ay müddətində Psixi Sağlamlıq Mərkəzində könüllü psixoloq vəzifəsində çalışıb. 2019 – cu ildə «Project management» və «Tolerance» and «Psychology of relations» təlimlərində iştirak etmişdir. 2020 - ci ildə Kazan şəhərində «Проживание тяжелых эмоциональных состояний в отношениях с партнером как проявление теневых аспектов личности», «Символдрама и Имагинативная психотерапия (ImKP)», «Принципы оказания психологической помощи подросткам» seminarlarında iştirak etmişdir. 2021 – ci ildə Kazan Federal Universiteti nəzdində «Psixologiya üzrə qış məktəbi» XV Beynalxalq elmi konfrasında məqalə ilə çıxış etmişdir. 2021 – ci il Sentyabr ayından etibarən «Bağçam» Uşaq Bağçaları Şəbəkəsinin «Peter Pan» Uşaq Bağçasında və  «İndigo» Uşaq Bağçasının Nərimanov Filialında psixoloq vəzifəsində çalışır.

Layihə Mütəxəssisi \ Uşaq Psixoloqu

Səmayə Qasımova