Font ölçüsü:
Məqsəd: Uşağın nöqtələr üzərindən xətt çəkməsi, şaquli, üfüqi xətt və həndəsi fiqurları (kvadrat, üçbucaq) çəkməsi
Ləvazimat: lövhə, marker
Tapşırıq: Lövhədə nöqtələr çəkirik və onları birləşdiririk. Uşaq üçün də eyni nöqtələri çəkib birləşdirmək təklif edirik. İlk öncə xətlərin arasında məsafə az qoyuruq, tapşırıq çətinləşdiqcə məsafəni artırıb, nöqtələrin sayını azaldırıq. Sonda xətt çəkmək üçün 2 nöqtə qoyuruq. Nöqtələr üzərindən xətt çəkə bildikdən sonra həndəsə fiqurlarını nöqtə qoymaqla çəkməyini öyrədirik.
1. Üfüqi düz xətt
2. Şaquli düz xətt
3. Üçbucaq
4. Kvadrat