Font ölçüsü:
Məqsəd: Uşağın əl əzələlərinin gücləndirilməsi və kiçik motor nəzarətinin artırılması. Paltar sıxaclarını səbətin qıraqlarına taxmaq və açmaq
Ləvazimat: səbət və sıxaclar.
Tapşırıq: Uşağın yanında masa arxasında əyləşin. Uşağın diqqətini cəlb edin. Uşağa sıxacları səbətdən götürərək necə taxmağını nümayiş edin. Bunun üçün 2 və 3 barmaqla sıxma hərəkəti etməklə edin. Daha sonra uşağı hərəkəti təkrar etməyə təşviq edin. Sonuncu mərhələdə sıxacları sıxma hərəkətlə səbətin qıraqlarından çıxararaq səbətə atın və uşaqdan bunu təkrarlamağını istəyin.