Font ölçüsü:
Məqsəd: Üç barmaqla qısqac hərəkətin formalaşdırılması; kiçik motor nəzarətin yaxşılaşdırılması
Ləvazimat: 5-10 yaxın xırda əşya (oyuncaq)
Tapşırıq: Uşağın yanında masa arxasında əyləşin. Diqqətini masa üzərində olan xırda əşyalara yönəldin. İlkin olaraq özünüz bir əşyanı (oyuncağı) 3 barmaqla (qısqac hərəkəti nümayış edin) götürün və masanın bir hissəsindən o biri hissəsinə qoyun. Daha sonra uşağa bunu etməyi təşviq edin. Ehtiyac olduqda dəstək olun.