Font ölçüsü:
Məqsəd: Uşağın qayçı ilə 2 sm enliyində olan kağız zolaqlarını kəsməsi; əllərin qarşılıqlı əlaqəsinin artırılması; kiçik motor nəzarətinin artırılması
Ləvazimat: Qayçı və 2 sm enliyində kağız zolaqları
Tapşırıq: Uşağın yanında masa arxasında əyləşin. Uşağın diqqətini cəlb edin. Və onun önündə kağız zolaqlarını qayçı ilə kəsin. Daha sonra bunu təkrarlamağa onu təşviq edin. Diqqət yetirin ki, uşaq iki əli birdən istifadə etsin. Bir əldə kağız o biri əldə isə qayçı (aparıcı əl olmalıdır). Tapşırığı etdikdən sonra rəğbətləndirin.