Font ölçüsü:
Məqsəd: Uşağın tanımadığı əşyanı təqdim etdikdə “bu nədir?” sualı verməsi
Ləvazimat: Qutu, fincan, top, köpük, sarımsaqəzən, təspəh, maşın
Tapşırıq: Uşağın qabağına müxtəlif əşyalarla dolu qutunu qoyun. Qutuda uşağın bildiyi və bilmədiyi əşyalar olmalıdır. Onun diqqətini cəlb edin, əşyaları bir-bir çıxartmağa təşviq edin və soruşun: "bu nədir?” Uşağa əşyaları göstərməyə və onları ardıcıllıqla adlandırmağa kömək edin (fincan, top, köpük). Cavabları təkrar etdirməklə möhkəmləndirin. Uşaq bilmədiyi əşyanı çıxaranda “bu nədir?” sualı verdikdə onu mükafatlandırın. “Bu nədir?” sualını vermək bacarığını möhkəmləndirmək üçün onu növbəti tanımadığı əşyanı qutudan çıxartmağa təşviq edin.