Məqsəd: Uşağın əşyanın 2-3 xarakteristikasın adlandırması (baxış sahəsində olmayan əşyanın)
Ləvazimat: maşın, apelsin, alma, it maketləri və qutu
Tapşırıq: Üzü uşağa qarşısında oturun. Onun diqqətini cəlb etməyə nail olun və soruşun: “Mənə ... (obyektin adı, məsələn, maşın) haqqında danış." Uşağa obyekti rəngi, forması, məqsədi və müəyyən bir qrupa aid olması ilə xarakterizə etməyə kömək edin. Məsələn: “Qırmızıdır, təkərləri qara ola bilər, yumru olurlar,”. Düzgün cavab verməyə kömək edin. Cavabları möhkəmləndirin. Sonda yalnız düzgün cavabları möhkəmləndirin.
* Əvvəlcə təkcə bir xüsusiyyət verməyi öyrədin (“bu qırmızı maşındır”), sonra iki (“bu qırmızı maşındır, 4 təkəri var”), sonra üç xüsusiyyət (“qırmızıdır, 4 təkərlidir, rolun arxasında sürücü oturub”).
*Hal-hazırda gözlə görmədiyi əşyalar elə seçilməlidir ki, həmin əşyaları uşaq gördüyü zaman artıq təsvir etməyi bacarmış olsun. Yəni, əvvəldən görərkən təsvir etməyi bacardığı obyektlər seçilməlidir.