Font ölçüsü:
Məqsəd: Uşağın həyati ehtiyacları ilə bağlı səbəb-nəticə əlaqələrdə nəticəni bilməsi və adlandırması
Ləvazimat: Ehtiyac yoxdur
Tapşırıq: Uşaqla üz-üzə stulda oturun. Diqqətini cəlb edin və uşağa "Əgər ..." ilə olan bir sual verin. Məsələn: "Əgər sən acsansa nə edərsən?" Uşağınıza suala cavab verməyə kömək edin: "Mən nəsə yeyirəm". Cavabları möhkəmləndirin. Uşağı həvəsləndirərək göstərişlərinizə müstəqil şəkildə əməl etməyə təşviq edin. Uşağı, yalnız heç bir köməklik olmadan müstəqil şəkildə verdiyi cavablara görə tərifləyin.