Font ölçüsü:
Məqsəd: Uşağın məkan anlayşlarını istifadə edərək əşyaların bir-birinə nisbətdə harada yerləşdiyini deməsi
Ləvazimat: səbət və yumuşaq oyuncaq (pişik)
Tapşırıq: Uşağın qarşısında əyləşin. Diqqətini cəlb edin. Pişik və səbəti qarşısına masa üzərində müəyyən nisbətdə yerləşdirin (məsələn:pişiyi səbətin qarşısına) və soruşun “ Pişik haradadır?”. Uşağa düzgün cavab verməyə (məsələn: “Pişik səbətin qarşısındadır”) kömək olun. Tədricən göstərdiyiniz dəstəyin həcmini azaldaraq müstəqil etməyinə nail olun.