Font ölçüsü:
Məqsəd: Uşağın mövzuya uyğun suaları cavablandırması
Ləvazimat: Sual siyahısı
Tapşırıq: Uşağın qarşısındakı masa arxasında oturun. Onun diqqətini cəlb edin və mövzu ilə bağlı suallar verin. Uşağınıza suallara cavab verməyə kömək edin. Cavabları möhkəmləndirin. Tədricən kömək üçün etdiyiniz yardımın səviyyəsini azaldın. Sonda yalnız düzgün cavabları möhkəmləndirin. Növbəti nümunə sual və cavablardan istifadə edə bilərsiniz:
Səhər yeməyi
"Səhər yeməyində nə yeyirsən?"- yumurta
"Nə vaxt səhər yeməyi yeyirsən?"- səhər
"Harada yeyirsən?"- evdə
"Səhər yeməyini kim hazırlayır?"- Ana
*Sualları əvvəlcə müəyyən bir ardıcıllıqla, sonra isə təsadüfi olaraq verin.