Font ölçüsü:
Məqsəd: Uşağın şəkillərdə olan tərəvəz təsvirlərini adlandırması
Ləvazimat: tərəvəzləri təsvir edən kartlar
Tapşırıq: Uşağın qarşısında masa arxasında əyləşin. Diqqətini cəlb edin. Kartları ilkin mərhələdə göstərək eyni zamanda adlandırmağa uşağa kömək olun. Daha sonra kartı nümayış edərək uşağın onları yalnız sərbəst adlandırdıqdan sonra rəğbətləndiririn. Hər kartın nümayişi “Bu nədir?” sualı müşayiət olmalıdır.
*Təsvirlərin tanıdılması çalışmasında öyrədilən şəkillərdən başlamağa tövsiyə olunur.