Font ölçüsü:
Məqsəd: Uşağın ardıcıl olaraq iki hərəkəti bir-birin ardınca təkrar etməsi
Ləvazimat: hərəkətlərin siyahısı
Tapşırıq: "Bunu et" deyin və ardıcıl iki hərəkət edin. (məsələn, əllərinizi bir-birinə vurun və sonra əllərinizlə yüngülcə başınıza toxunun). Uşağın verilən ardıcıllıqla addımları tamamlamasına kömək edin. Hərəkətlər öncəki çalışmalarda qazanılmış təkrarlanan bir hissəli hərəkətlərdən olmalıdır. Məsələn:
1. Ayaq üstə durmaq
2. Oturmaq
3. Əl çalmaq
4. Əl yelləmək
5. Yemək
6. İçmək
7. Dönmək
8. Tullanmaq
9. Qucaqlamaq
10. Öpmək
11. Püləmək
12. Yatmaq
13. Qapını döymək
14. Oxumaq
15. Rəsm çəkmək
16. Ağlamaq
17. Saçını daramaq
18. Atmaq
19. Addımlamaq