;

Autizmli uşağın ailəsində bacı və qardaşları necə dəstəkləmək olar

Uşaqlardan birinin əlilliyinin digər uşaqlara mənfi təsir göstərməsindən narahat olan valideynlər üçün bir neçə məsləhət
  • 360
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Mən üç uşaq anasıyam, onlardan biri autizmli uşaqdır və təbii olaraq çoxlu vaxt və qayğı tələb edir. Mən bunun digər uşaqlara mənfi təsir edəcəyindən narahatam, onların hər ikisi yaşca böyükdür və qardaşlarına qoyulmuş diaqnoz səbəbindən ailəmizdə dəyişikliklər olduğunu dərk edirlər. Bu məsələni onlarla necə müzakirə etmək olar?

Autizmli bir spektr pozğunluğu olan uşaq, bütün ailəyə inanılmaz dərəcədə təsir edir. Diaqnozu müşayiət edən stress və narahatlıq, müalicə seçimlərini başa düşmək və mütəxəssis tapmaq üçün tələb olunan çoxlu vaxt, autizmli uşağa düzgün qayğı göstərməklə bağlı narahatlıq heç şübhəsiz ki, valideyinlər üçün bənzərsiz çətinliklər yaradır. Autizmi olmayan qardaş və bacılar da çətinlik çəkə bilər, çünki onların autizmdən əziyyət çəkən uşaqla münasibətləri əksər ailələrdə olan münasibətlərdən fərqlənəcəkdir. Təbii ki, bu fərqlərin heç də hamısı mənfiyə doğru olan fərqlər deyil, onlar pozitiv fərqlər də ola bilər və əksər hallarda qardaş və bacıların şəxsiyyətinin formalaşmasında mühüm rol oynaya bilər. Eyni zamanda, belə bir vəziyyətdə olan uşaqların şəxsi xüsusi ehtiyaclara sahib olduqlarını başa düşmək də vacibdir və onlara böyüklərin izahatı və dəstək verməsi mütləqdir.

Kiçik yaşlı uşaqlar qardaş və ya bacının əlilliyindən xəbərdar olmaya bilər, amma çox güman ki, valideynlərin stresini, ailənin həyatındakı dəyişiklikləri hiss edəcək və valideynlərin digər uşağa daha çox vaxt və diqqət yetirdiyini görəcəklər (Feiges & Weiss, 2004; Smith & Elder, 2010). Yaş artdıqca, uşaqlar getdikcə daha çox şeyləri başa düşməyə başlayırlar və ola bilər ki, onlar ailədəki digər bir uşağın əlilliyinə uyğunlaşmaq üçün çətinlik çəksinlər.

Bu cür çətinliklər əsasən yaş fərqi, cins və ailə üzvlərinin sayı kimi amillərdən asılıdır. Bir qardaşın və ya bacının autizmli diaqnozu yaş fərqi az olan uşaqlara daha böyük təsir göstərir, kiçik qardaş və bacılar yaşları səbəbilə bu mövzuda hisslərinin öhdəsindən gəlmək üçün yol tapa bilmirlər. Bununla belə, valideynlərin autizmli bacı və qardaşı olan uşaqlara dəstək olmaq üçün istifadə edə biləcəyi bir çox strategiyalar var və onlar bu strategiyalardan uşaqların mövcud ailə vəziyyətinə daha yaxşı uyğunlaşmalarına kömək etmək üçün istifadə edə bilərlər. Bu strategiyalardan bəzilərini sizə təqdim edirəm.

Uşağın sizinlə nə baş verdiyi və mənfi hissləri haqqında açıq şəkildə danışmasını təşviq edin. Digər uşaqlar ailənizdəki həyatın digər ailələrdən, məsələn, dostlarının ailələrindən fərqli olduğunu başa düşə bilərlər. Nəticədə qorxu, qəzəb, xəcalət, düşmənçilik və günah daxil olmaqla bir çox duyğuları yaşaya bilərlər. Mənfi emosiyaların açıq müzakirəsini təşviq etmək və uşağın narazılığını təhlükəsiz bir mühitdə ifadə etməsinə icazə vermək çox vacibdir. Uşağı diqqətlə dinləmək üçün vaxt ayırın, mübahisə etməyin və hissləri üçün onu qınamayın. Onu əmin etməyə çalışın ki, bu cür hisslər tamamilə normaldır və bu hisslərlə bağlı birlikdə necə işləyə biləcəyinizə dair bir plan təklif edin. Uşağınızın xoşagəlməz duyğulardan bəhs etdiyindən qorxmayın - bu, ailə rabitəsini yaxşılaşdırmaq və uşağın stressini azaltmağa kömək edən yeni bacarıqlar inkişaf etdirmək üçün əla bir fürsətdir.

Üstəlik, qardaş və bacılar ailələrinin fərqli olduğunu başa düşəndə ​​valideynlər və digər ailə üzvləri tərəfindən müəyyən təlimatlararə ehtiyac duyurlar. Valideynlərin özlərinin də stres və mənfi hisslərin öhdəsindən necə gəlməsi vacibdir - bu, ailənin digər uşaqlarına təqlid üçün bir modeldir. Beləliklə, valideynlərin öz davranışlarının, hərəkət və qərarlarının ailənin digər uşaqlarına necə təsir etmələrini dərk etməsi olduqca vacibdir.

Uşağın həqiqətən autizmin nə olduğunu başa düşdüyünə əmin olun. Əksər hallarda valideynlərin tipik inkişafda olan uşaqların autizmi nə qədər yaxşı başa düşdükləri ilə bağlı təsəvvürləri yanlış olur. Uşaqlar hər nə qədər sizin autizmlə bağlı dediklərinizi təkrar etsələr də bu onların autizmin nə olduğunu tam olaraq başa düşdükləri anlamına gəlmir. Uşaqlar həmçinin autizmlə bağlı digərlərinin söhbətlərindən də nələrsə eşidirlər, lakin nəticədə onlarda cavablardan daha çox suallar meydana gəlir. Həmişə autizmli uşağın qardaşının və ya bacısının autizm haqqında öz inkişaf səviyyəsinə uyğun şəkldə məlumatlı olduğundan əmin olun. Bu, mümkün qorxuları və səhvləri azaltmağa kömək edəcəkdir (Glasberg, 2000; Harris & Glasberg, 2003). Uşağın malik olduğu autizmlə bağlı izahatlar - uşağın autizmli qardaşı və ya bacısı ilə necə davranacağını, eləcə də həmyaşıdlarına autizmin nə olduğunu çatdıra bilib - bilməyəcəyini müəyyən edən əsas amildir.

Əgər siz 9 yaşdan kiçik bir uşağa autizm haqqında məlumat verirsinizsə sizin izahınız qısa və sadə olmalıdır. Autizmi olan qardaşın və ya bacıların problemləri haqqında onun hələ mənimsəmədiyi bacarıqlar kimi danışın. Məsələn, onlar digər uşaqlar ilə necə oynamağı və ya ünsiyyət qurmağı hələ öyrənməyiblər. Burada aşağıdakı şəkildə sözlərdən istifadə etmək olar: "Bacın səndən və məndən fərqli şəkildə öyrənir, ona görə də ona əlavə kömək lazımdır" və ya "Qardaşın danışa bilmir, amma biz ona nə istədiyini hansı formada bizə çatdıra biləcəyini öyrədirik."

Uşaqlar böyüdükcə, izahatlar da getdikcə çətinləşir, məsələn, uşağa izah etmək olar ki, autizm - beynin bir xüsusiyyətidir və o özünü hər bir uşaqda fərqli şəkildə göstərir.

Autizmi olan bir uşağın ciddi davranış problemləri varsa, o zaman həmin problemlər haqqında qardaş və ya bacı ilə ayrıca danışmağa ehtiyac var. Onlara autizmi olan bacı və qardaşlarında bu davranışın niyə baş verdiyini və davranışın artmasının qarşısını almaq üçün nə edə biləcəklərini başa düşməyə kömək etmək vacibdir. "Partlayıcı" davranış, tipik inkişafı olan qardaş və bacını qorxuza, utandıra və ya mənfi narahatlığa səbəb ola bilər. Buna görə də, nə baş verdiyini birbaşa və aydın şəkildə izah etmək çox vacibdir, bu, mənfi reaksiyaları azaltmağa kömək edəcəkdir. Uşağın yaşından asılı olmayaraq, valideynlər onları təhlükəsizlikdə olduqlarına əmin etməli və ailədə olan hər kəsi qəbul etdikləri və sevdiklərinə inandırmalıdırlar.

Uşağın yaşı nöqteyi nəzərindən autizmli bacı və qardaşın diaqnozu ilə bağlı onlarla mümkün qədər erkən yaşlarda danışmağa başlamaq vacibdir. Uşaqlarla autizmi müzakirə etməyə onlar məktəbə getməzdən və ya dostlarını evə dəvət etməyə başlamazdan əvvəl başlamaq lazımdır. Belə olduqda, onlar qardaş və ya bacısının davranışının niyə qeyri-adi olduğunu digər uşaqlara izah etməyə hazır olacaqlar.

Autizmli və autizmi olmayan uşaqlar üçün mənalı birgə məşğələlər tapın və onları təşviq etməyə çalışın. Qardaşlar və bacılar arasında münasibətlər həmişə unikaldır, ancaq autizmlə əlaqəli olan ünsiyyət və sosiallaşma problemləri, uşaqlarda autizmli qardaş və ya bacıları ilə necə ünsiyyət qurmağı başa düşməməsinə səbəb ola bilər.

Uşaqların bir-biri ilə oynaya biləcəyi və ya ümumi maraqları tapa biləcəyi vəziyyətləri xüsusi olaraq planlaşdırmaq vacibdir. Sadə birgə dərslər, məsələn, uşaqlar birlikdə bir pazl toplaya və ya video oyunu oynaya bilərlər, bu, uşaqlar arasında ünsiyyətin keyfiyyətinə və miqdarına böyük təsir göstərir. Məhz bu şəkildə birgə vaxt keçirmə ailənizdəki münasibətlərin formalaşdırılmasını təmin edir.

Uşaqlar arasında əhəmiyyətli əlaqələrin inkişaf etdirməsinin başqa bir yolu - autizmli uşaqlar üçün necə örnək olacağını tipik inkişafa sahib olan uşaqlara öyrətmək. Bu rol, tipik inkişafı olan bir uşaqda özünə inamı və özünü qiymətləndirməni artıra bilər. Bu həm də uşaqlar arasında müsbət ünsiyyət üçün imkanlar yaradır.

İlk növbədə, tipik inkişafda olan uşağın autizmli bir uşağın bacarıqlarını, üstünlüklərini və maraqlarını başa düşdüyünə əmin olmalısınız. Əvvəlcə, uşağın qardaşına və ya bacısına kömək etməkdə müvəffəq olacağına zəmanət verən ən sadə tapşırıqları təyin etmək yaxşıdır. Bu cür tapşırıqlara nümunə olaraq sadə oyuncaqlarla necə oynamaq lazım olduğunu və ya özünə xidmət hərəkətləri etməyi, məsələn, paltonu necə geyməyi və ya əlləri necə yumağı göstərmək olar.

Həmçinin, tipik inkişafda olan bir uşağın qardaşı və ya bacısı ilə ünsiyyət qurmasına kömək edəcək aşağıdakı bacarıqları da öyrətmək olar:

- Autizmli bir uşağın diqqətini necə cəlb etmək olar.

- Autizmli uşağı hər hansı bir uğuruna görə necə tərifləmək və ya mükafatlandırmaq olar.

- Autizmli uşağa, onda nəsə alınmayanda necə kömək etmək olar.

- Autizmli bir uşağa oynamağı dayandırmaqda və tökdüklərini yığmaqda necə kömək etmək.

Uşaqda fərdiliyi inkişaf etdirmək üçün mütəmadi olaraq hər bir uşağınızla ünsiyyət qurmağa vaxt ayırın. Digər uşaqlara valideyinərinin vaxtlarının və diqqətlərinin daha çox hissəsini autizmli uşağa həst etmələri lduqca böyük təsir edir. Üstəlik, bütün ailə ilə vaxt keçirməyin tipik yolları, məsələn, hər hansı bir filmə baxmağa getmək və ya birgə tətilə çıxmaq da bu mənada mümkün olmaya bilər. Hər nə qədər də belə bir bərabərsizlik istənilən ailədə olsa da autizmli uşaq olan ailələrdə bu xüsusi ilə hiss olunur. Əgər tipik inkişafda olan uşaq belə vəziyyətdən narazıdırsa, bu, birmənalı şəkildə onun autizmli uşaqla münasibətlərinə mənfi təsir göstərəcək (Rivers & Stoneman, 2008).

Bu cür mənfi təsiri minimuma endirmək üçün hər bir uşaqla ayrı ayrılıqda ünsiyyət üçün ən azı müəyyən müddət ayırmaq vacibdir. Bu, valideynlərin yüksək iş yükü ilə əlaqədar olaraq qeyri-mümkün bir vəzifə olsa da, unutmayın ki, ayıracağınız hətta çox qısa bir müddət belə uşağa əsas diqqətinizi autizmli uşağa cəmləşdirdiyinizə baxmayaraq onu da çox sevdiyinizə əmin olmağa və anlamağa kömək edəcəkdir.

Autizmli bir uşağa qulluq demək olar ki, günün 24 saatında da davam edə bilər - amma siz hər bir uşaq üçün fərqli rol və maraqları təşviq etməyi bacarsanız, bu, autizmsiz uşaqların yaşadığı stressi əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəkdir. Digər uşaqları idmanla məşğul olmağa, həmyaşıdları və dostları ilə vaxt keçirməyə və ya sadəcə əylənə biləcəyi dairələrdə və ictimai tədbirlərdə iştirak etməyə təşviq edin. Beləliklə, autizmli olmayan digər uşaqların özlərinə ayıra biləcəyi müəyyən yer və zaman olacaq və onlar autizmli uşaqla əlaqə olmadan  öz fərdilikərini ikişaf etdirmək imkanı əldə edəcəklər (OAR, 2014). Nəticədə bu, onların autizmli qardaş və ya bacıları ilə də ünsiyyət qurmaq motivasiyasını artıra bilər.

Nəhayət, autizmli uşaqların qardaş və bacılarının əlavə dəstəyə də ehtiyac ola bilər. Bunlar oxşar təcrübəsi olan digər uşaqlarla ünsiyyətdə ola biləcəklər hər hansı bir qrup və ya psixoloq məsləhətləşmələri ola bilər.

Bu cür uşaqlara kömək etməyin bir yolu - onların yaşlarına uyğun olaraq  autizm haqqında informasiyaların veriləcəyi seminarların təşkilidir. Qardaş və bacılar üçün bu cür tədbirlər qorxuları azaltmağa və bu cür vəziyyətlə tək onların qarşılaşmadığını hiss etməyə imkan verir. Qardaşlar və bacılar üçün dəstək qrupları onlara ürəyni boşaltmağa və ailənin oxşar təcrübəsi olan dost tapmağa imkan verəcəkdir.

Çox tez-tez, autizmli insanların qardaşları və bacılarının problemləri, haqqında danışılır, bu zaman onlarda ola biləcək əhəmiyyətli müsbət məqamlar isə yaddan çıxarılır. Bir çox qardaş və bacılar böyüdükdən sonra, bu təcrübənin onları daha şəfqətli, dözümlü, səbirli olmağa və başqalarına qayğı göstərməyə öyrənməkdə kömək etdiyini deyir. Autizmli uşaqların bir çox qardaş və bacıları autizm sahəsində tədqiqatçılar və ya mütəxəssis olurlar və ya özləri üçün başqalarına kömək etməklə əlaqəli peşələr seçirlər.

Bir uşağın diaqnozunun digər uşaqlara necə təsir etdiyi barədə hazır cavablar mövcud deyil. Qardaş və bacılar arasındakı hər bir əlaqənin inkişafı özü-özlüyündə unikal bir səyahətdir. Hər nə qədər də uşaqlar autizmli uşağın qardaş və ya bacısı olmaq rolunu özləri seçməyiblərsə belə tədricən bir çoxu bu rolu qəbul edir və onu qiymətləndirməyə başlayır.

Valideynlər, ailədə autizm haqqında və ümumiyyətlə autizmin təsiri ilə bağlı danışmaq üçün şəffaf bir mühit yaratdıqları təqdirdə bununla tipik inkişafda olan uşaqlara böyük kömək edə bilərlər. Valideyinlər digər uşaqlarına autizmli bir qardaş və ya bacı ilə daha səmərəli qarşılıqlı əlaqə qurmağı öyrədə, onların örnək rolunda çıxış etməsini dəstəkləyə bilərlər. Valideynlər üçün ailədə hər bir uşağa diqqət ayrılması və öz şəxsi xəyallarına doğru hərəkət etməsindən əmin olmaq da olduqca vacibdir.

Nəhayət, unutmaq olmaz ki, autizmli uşaqların əksər qardaş və bacıları insanlara qarşı həssas və şəfqətli olur, ailələrinə təsir edən autizmin öhdəsindən birgə necə gəldiklərini qiymətləndirməyi bacarırlar.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar