;

Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatı olub.
  • 1504
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Hökumət və qeyri-hökumət qurumları nümayəndələrinin iştirak etdiyi tədbirdə Agentliyin sədri Vüqar Behbudov yeni layihənin həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də onların valideynləri üçün önəmini qeyd edib.

 Bildirilib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı valideynlərinin bacarıqlarının artırılması, bu sahədə innovativ həllərin tətbiqinin genişləndirilməsidir.

“AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış video materiallardan istifadə edə biləcək. Bununla övladlarının ev şəraitində də bir sıra reabilitasiya tədbirləri ilə əhatə olunmalarına dəstək verə biləcəklər.

Tətbiqdən istifadə edən şəxslər müəyyən qrafik üzrə video dərslərə xatırlatma qoya və fərdi planlaşdırmanı asanlıqla apara biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcək.

İlkin mərhələdə 7 istiqamət üzrə 200 video dərs tərtib olunub və həm veb səhifəyə, həm mobil tətbiqə yerləşdirilib. Video materialların məzmunu hazırlanan zaman bir sıra ölkələrin mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub.

Evdə fərdi məşğələlər keçirməyi öyrədən videodərslərdən sağlamlıq imkanları məhdud, xüsusilə də autizm sindromundan əziyyət çəkən uşağı olan hər bir valideyn yararlana bilər.

“AutizmDERS” mobil tətbiqini həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.

https://www.sosial.gov.az/post_556111?fbclid=IwAR1n8zCSjmeMAACMcaUvrpPfrSpVzlWELA0jkikmc8sYMjw0rNrs7RPg2HM

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar