;

Autizmli uşaqlar üçün "36 Saatda Tualet Təlimi"

Autizmli uşaqlar üçün də uyğun ola biləcək tualet təlimi metodu
  • 875
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Tualetə öyrətmə adətən normal inkişaf edən uşaqlar üçün belə çətin olur, lakin autizm və ya oxşar pozğunluğu olan uşaqlar üçün bu daha da çətin olur. Bu pozğunluqları olan uşaqlarda kompleks duyğu pozğunluqları da ola bilər, onlar sosial razılığa reaksiya verə bilməzlər və onlarda tez bir şəkildə müsətqil şəkildə hərəkətə keçməyə mane olan ipuclarından asılıq yarana bilər.

Autizmli uşağa tualet vərdişini öyrətmək üçün mümkün yanaşmalardan biri - 36 saatlıq intensiv tualet təlimidir. Bu təlim əsasən uşağa tualet vərdişini öyrətmək üçün müxtəlif cəhdlərin uğursuz olduğu hallarda sınaqdan keçirilir. Aşağıda bu metodun təsviri və uşağa öyrətmək üçün bəzi tövsiyələr verilmişdir.

Tualet təlimi üçün meyarlar

Uşağın tualet vərdişinə müvəffəqiyyətlə yiyələnməsi üçün o, aşağıdakı bacarıqlara malik olmalıdır:

- Uşaq müstəqil olaraq alt paltarını aşağı endirə və yenidən geyinə bilər.

– Uşaq ən azı bir saat quru qalır.

– O ən azı 1 dəqiqə unitazda otura bilir.

Ətraf mühitin təlim üçün hazırlanması

- İntensiv təlimin özü cəmi 36 saat çəksə də, siz özününzün və uşağın bütün həftə ərzində evdə qalacağını planlaşdırmalısınız - siz bu müddət üçün özünüzü hər hansı bir işdən azad etməlisiniz, belə ki, tualet təlimi sizdən çoxlu enerji və vaxt tələb edəcək və bu müddət ərzində başqa bir işə diqqət yönəltmək olmaz.

- Uşağınıza təsir edən ən yaxşı mükafatları bir qutuya qoyun və onu vanna otağına elə yerləşdirin ki, uşağın onları götürmək imkanı olmasın. Mükafat olaraq, uşağınızın ən çox sevdiyi yeməklərdən (məsələn, peçenye və şirniyyatlardan) və həqiqətən bəyəndiyi oyuncaqlardan istifadə edə bilərsiniz. Uşağınıza bir neçə gün ərzində heç bir güclü mükafat verməməyə çalışın ki, onlar onun üçün daha da arzuolunan olsun.

- Vanna otağında uşağın "başını qata" biləcək əşyalar hazırlayın. Bu əşyalar güclü mükafatlar olmamalıdır, əks halda onlar uşağın diqqətini yayındıracaqdır. Bunlar, kitab, sensor oyuncaqlar, pazl və s. ola bilər. Mükafat olaraq, uşağınızın sevimli cizgi filmlərini izləyə bilməsi üçün vanna otağında nəsə bir şey də quraşdıra bilərsiniz.

- Uşaq üçün böyük miqdarda müxtəlif içkilər hazırlamalısınız - uşağa hər 30-60 saniyədən bir hər hansı bir maye içməyi təklif etməlisiniz. Uşağın sidik ifraz etmək imkanı nə qədər çox olarsa, təlim də bir o qədər təsirli olar.

- Tualet təliminin necə getdiyi barədə məlumat toplamaq üçün cədvəllər hazırlamalıyıq. Cədvəldə aşağıdakı məlumatlar olmalıdır: tarix/saat, “uğursuzluq” (unitazda başlamadı və bitirmədi), uğur (hər şeyi tualetdə etdi), uğur/uğursuzluq (döşəmədə başladı, ipucu ilə tualetdə bitirdi), müstəqil və ya ipucunun köməyi ilə (müstəqil dedikdə uşağın özünün hər hans bir ipucu olmadan unitazda oturması nəzərdə tutulur).

- Təlimin əvvəlində uşaq alt paltarı olmadan, qısa köynək və ya maykada olmalıdır. Təlim zamanı uşağın sidiyə və ya defekasiya etməyə başladığını görməlisiniz.

- Təlimin ilkin mərhələsində siz və uşağınız vanna otağında olmalısınız. Bu vəziyyətdə, qapını bağlamaq və ya örtmək lazımdır.

- Uşağı da məhz elə orada yedizdirməlisiniz - əvvəldən hazırladığınız mühiti tərk etmək olmaz.

Təlim Proseduru

- Əvvəlcə uşaqla birlikdə vanna otağında, eyni zamanda çalışırsınız ki, o mümkün qədər çox maye içsin. Bunun üçün uşağın ən sevimli içkilərini əvvəlcədən hazırlamaq yaxşı olardı. İdeal hədəfiniz - saatda 1-2 stəkan mayedir.

- Uşağınıza tualetdən istifadə etməyi deməyin. (Məsələn, "Qarşoka oturub pi-pi etmək lazımdır" kimi ifadələr DEMƏYİN) Uşağınıza tualetdən istifadə etməyi söyləsəniz, o, sizin şifahi göstərişlərinizdən asılı vəziyyətə düşəcək - o, öz hisslərinə güvənməyi öyrənməlidir.

– Uşağınız sidiyə/defekasiya etməyə başlayan kimi dərhal təəccüb ifadə edin (neytral təəccüb, danlamayın, mənfi emosiyalar göstərməyin) ki, uşağı dayandırmağa təşviq etmiş olasınız. Məsələn: "Oy-oy-oy, bunu unitaza və ya qarşıka etmək lazım idi!" Dərhal fiziki olaraq uşağı tualetə oturdun.

– Əgər uşaq tualetdə sidiyə/defekasiya etməyə davam edərsə, sonda siz onu dərhal tərifləyirsiniz, ona çoxlu müsbət diqqət yetirirsiniz və hazırlanmış mükafat qutusundan təşviq seçimi təklif edirsiniz.

- Əgər uşaq tualetdən istifadə etməyibsə, 30 saniyədən sonra onu tualetdən çıxarın və "sonra yenidən cəhd edərik" kimi bir söz deyin.

- Cədvəldə tualet təlimi ilə bağlı məlumatları doldurmağınızdan əmin olun.

- Uşaq müstəqil şəkildə tualetdə oturmağa başlayana qədər prosedur təkrarlanır. Bu o deməkdir ki, siz heç bir şifahi göstəriş VERMİRSİNİZ və uşaq özü tualetə gəlir, unitazda oturur və ondan təyinatı üzrə istifadə edir.

- Bu baş verərsə, onu daha da tərifləyin, daha çox diqqət yetirin və seçim qutusundan sevdiyi mükafatı götürməyə təşviq edin.

- Uşaq ardıcıl 3 dəfə təkbaşına tualetdən istifadə etdikdən sonra ətraf mühiti genişləndirmək lazımdır.

Təlim mühitinin genişləndirilməsi

1. Hamamın qapısını açın, vanna otağına və dəhlizə girişə icazə verin.

2. Vanna otağına, dəhlizə və otağa girişə icazə verin.

3. Mətbəxə girişə icazə verin.

4. Uşağın bütün evə çıxışı olana və hələ də tualetdən uğurla istifadə edənə qədər girişləri genişləndirməyə davam edin.

Paltar əlavə etmək

- Uşaq evdə olarkən tualetdən necə istifadə etməyi tam mənimsədikdən sonra ona alt paltarı geyindirin, sonra isə şalvar da əlavə edin. Əgər uşaq tualet təlimi prosedurunun hər hansı bir mərhələsində çətinlik çəkirsə, o, tamamilə uğur qazanana qədər bir addım geriyə qayıdın.

– Uşaq bezlərindən istifadəyə yalnız körpə yataqda olanda və yatmağa hazır olduqda icazə verin. Körpə oyanan kimi dərhal uşaq bezini çıxarın və tualet təliminə başlayın.

– Uşaq evdə tualetdən istifadəni tam mənimsədikdən sonra növbəti addımınız ona evdən kənarda tualetdən istifadə etməyi öyrətməkdən ibarət olmalıdır. Bunun üçün səs, işarə dili və ya şəkil paylaşma kimi uşaq üçün ən uyğun olan ünsiyyət formalarından istifadə edin.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar