;

Autizmli uşaq üçün ev işləri

Autizmli iki uşaq anası uşağın valideynlərə kömək edə biləcəyi 7 mümkün ev işlərini təsvir edir
  • 329
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Bir çoxumuz ev işləri ilə məşğul olmağı sevməsək də, hamımız özümüzü faydalı bir iş görən və başqalarına kömək edən biri olaraq hiss etməyi sevirik! Sizin diqqətinizi cəlb etmək və gördüyünüz işlərdə fəal şəkildə iştirak etmək istəyən kiçik uşaqlar üçün ev işləri əsl sevinc mənbəyi ola bilər. Autizm spektrində olan uşaqlar üçün ev işləri özünə hörmət yaratmaq və ya artırmaq üçün bir yoldur və nəticədə uşağın gələcəkdə daha müstəqil olmasına təkan verə bilər. Bunlar həm də autizmli uşaqla necə ünsiyyət quracağını başa düşməyən nənə və baba, qohumlar və dostlarla bölüşmək imkaları ilə bağlı bir fəaliyyətdir. Zaman keçdikcə uşaq bəzi işləri tamamilə müstəqil şəkildə etməyi öyrənə bilər, bəzi işləri isə o həmişə həmişə valideynlərdən biri ilə bölüşərək icra edəcək. İstənilən halda, uşağınız özünü uğurlu və bacarıqlı hiss edəcək və sizinlə daha çox vaxt keçirməkdən həzz alacaq!

Aşağıda öz övladlarımın üstünlük verdiyi bəzi ev işləri, eləcə də autizm və ya digər əlilliyi olan uşağı onlara necə cəlb etmək barədə bəzi təkliflər verilmişdir.

1. Çiçəkləri sulamaq (su vermək)

Bu, birmənalı olaraq bütün yaş qrupunda olan uşaqlar üçün bir nömrəli ən populyar fəaliyyətdir. Axı kim su tökməyi və üstəgəl dibçəkdə olan çiçəkləri sevindirməyi sevməz?

İpucu: Yaşı daha yuxarı olan və ya yüksək funksiyalı bir körpəyə, bitkinin nə qədər suya ehtiyacı olduğunu göstərmək üçün hər bir dibçəyə rəngli bir xətt olan dondurma çubuğu yapışdırın. Boş plastik şüşədən suvarma qabı hazırlayın və çubuqlardakı rənglərə uyğunlaşdırmaq üçün üzərinə müxtəlif səviyyələrdə müxtəlif rəngli xətlər çəkin.

2. Yuyulduqdan sonra paltarları qatlamaq

Bəziləri üçün mükəmməl qatlanmış paltar az qala cənnətdir. Nəyisə səliqəli şəkildə düzmək, hətta rənglərinə görə ayırmaq - çamaşırları üst-üstə qalamaq böyük məmnunluq hissi yarada bilər. Mən paltarların düzgün qatlanması üçün vəsait almaqla bağlı bir məsləhət oxudum. Bəzi uşaqlar belə qatlama cihazını çox bəyənirlər, üstəlik, bu, çox peşəkar bir görüntü yaradır. Ancaq digər uşaqlar sadəcə paltarları qatlamağı xoşlayırlar və düzəliş, yəni onların səliqəli şəkildə qatlanması onları yalnız bezdirir.

İpucu: Corab və ya alt paltarı kimi kiçik geyimlərlə başlamaq yaxşıdır. Bəzən uşaqları öz əşyalarını qatlamaqla işə cəlb etmək daha asandır. Qoy köməkçiniz özü qatlanmış əşyaları təşkil etmək üçün bir sistem təklif etsin - ölçüsünə, rənginə və ya sadəcə onun xoşuna gələ biləcək prinsipə görə.

3. Qabları yumaq

Mən bıçaqlar istisna olmaqla, qaşıqları və digər qırılmayan qabları öz yerinə qoymaqla başlamağı tövsiyə edirəm. Çəngəl, qaşıq və digər bu kimi əşyaların çeşidlənməsi və qabların düzülməsi əyləncəli ola bilər. Ümumiyyətlə isə qab-qacağı düzgün şəkildə  idarə etmək sonrakı həyat üçün də böyük bir bacarıqdır. Qaşıqları və çəngəlləri mənimsədikdən sonra yavaş-yavaş boşqablara keçin və heç bir şeyin qırılmadığına əmin olduqdan sonra tədricən şüşə qablara da keçid edə bilərsiz. Burada əsas olan kiçik uğurlara nail olmaq və tədricən özünə inamı inkişaf etdirməkdir.

4. Tozsoranla təmizlik

Bir çox uşaqlar, əsasən də yaşça nisbətən böyük olanlar, tozsoranlarla maraqlanırlar. Autizm spektrində olan bir çox uşaq avtomobillərdən həzz alır. Təəssüf ki, eyni şeyi səs-küylə bağlı demək mümkün deyil. Uşağınızın bu cihazla maraqlanıb-maraqlanmadığını müəyyən etməyə çalışın və sonra başlanğıc üçün ondan döşəmənin və ya xalçanın kiçik bir sahəsini tozsoranla təmizləməsini istəyin.

İpucu: Bir stəkan qida sodası, bir damla efir yağı və budur cizin ucuz və təhlükəsiz xalça təmizləyici dezodorantınız var. Siz həmin qarışıqdan istifadə edərək uşağın məhz hansı sahəni tozsoranla təmizləməsini işarələyə bilərsiniz. Bəzi uşaqlar məhz HARANI tozsoranlamaq lazım olduğunu bilməkdə çətinlik çəkirlər, lakin həmin əraziyə təbii dezodorant səpmək vizual bir ipucu rolunu oynaya bilər. Bir neçə damcı efir yağları ilə bir az qida sodasını qarışdırın, qarışığı xalçaya səpmək üçün ələkdən istifadə edin, xalçada beş dəqiqə qalmasını gözləyin və sonra artıq işə başlamaq olar! Bu, başqa haranı tozsoranlamaq lazım olduğunu görməyi asanlaşdırır və xalçadan səpdiyiniz həmin qarışığın necə yox olduğunu izləmək daha xoş olur.

5. Yatağı yığmaq

Bütün uşaqlar yaxşı yığılmış çarpayının sevincini yaşaya bilərlər... hətta sadəcə yastığı yerinə qoymaq belə onlara sevinc gətirə bilər. Siz vizual dəstəkdən istifadə edə, özünüz yatağı necə yığmaq lazım olduğunu göstərə və ya uşağı öyrətmək üçün İnternetdə mövcud olan çoxsaylı videolardan istifadə edə bilərsiniz.

6. Yemək hazırlamaq üçün sadə fəaliyyətlər

Yemək hazırlanmasında iştirak dərəcəsi uşağın özündən asılıdır. Bəzi uşaqlara tədricən kartofu soymaq və ya tərəvəzləri kəsmək üçün bıçaqdan istifadə etməyi öyrətmək olar. Digərləri, məsələn, noxud qabığını soya bilər. Hansı səviyyədə olmasından asılı olmayaraq, uşaqların əksəriyyəti yemək bişirməyin ən azı bir hissəsini mənimsəyə biləcəklər. Üstəlik, yemək bişirmə prosesində iştirak etmək, uşağınızın adətən imtina etdiyi yeməkləri dadmağa həvəsləndirmək üçün əla bir yoldur.

7. Ev heyvanının qidalandırılması

Heyvanların autizmli və digər əlilliyi olan insanlara təsiri ilə bağlı çoxlu araşdırmalar aparılıb. Ev heyvanını qidalandırmaq və ona qulluq etmək autizmli bir uşağın ev heyvanı ilə əlaqə qurması və ona görə məsuliyyət hiss etməsi üçün daha bir yoldur. Uşaq hər hansı bir heyvandan qorxursa və özünü narahat hiss edirsə, qidalanma ritualında iştirak etmək həmin heyvana çox yaxınlaşmadan əlaqə qurmaq üçün əla bir yoldur.

İpucu: Üzərində nə qədər yemək qoyulacağını göstərən bir xətt çəkilmiş ayrıca bir qabdan istifadə edin. İti qidalandırarkən, itin yeməyə başladığı hər hansı bir siqnalın olduğundan əmin olun ki, mümkün stressi azaltmaq mümkün olsun.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar