;

Autizmli uşaqla ictimai yerləri necə ziyarət etmək olar?

Autizmli uşaqla ictimai yerləri ziyarət etməyə hazırlaşmaq üçün valideynlərə məsləhət
  • 354
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Autizm spektrində olan uşaqlar tanış mühitlərə üstünlük verirlər. Ev həyatının rutinləri və ritualları autizm spektri pozğunluğunun öhdəsindən gəlməyə kömək edir, buna görə də çox vaxt valideynlər uşağı ilə birlikdə evi tərk etmək istəmirlər. Bir çox insanlar ictimai yerlərin parlaq işıqlar, səslər və ya qoxular səbəbindən uşağl narahat edəcəyindən qorxurlar. Digərləri isə autizmli uşağın bəzi davranışlarına cavab olaraq meydana gələn kənar baxışlardan və yad adamların şərhlərindən çəkinirlər. Hətta dostlara adi bir ziyarət belə qeyri-mümkün bir iş kimi görünə bilər.

Aydındır ki, autizm diaqnozu qoyulmuş uşaqların bir çox valideynləri özlərini cəmiyyətdən təcrid olunmuş və qopmuş kimi hiss edirlər. Ancaq evdə qalmaq da bir seçim deyil. Həm sizin, həm də uşağınızın xarici dünya ilə təmasda olmağa ehtiyacı var. Səbir, daimi məşq və düzgün münasibətlə siz və uşağınız indi əlçatmaz görünən bir çox yerləri ziyarət edə biləcəksiniz. Bu işdə sizə kömək edə biləcək bəzi məsləhətlər:

Yad adamlarla əlaqə

Fiziki nöqteyi-nəzərdən uşağınız oyun meydançasındakı hər hansı digər uşaq kimi görünür. Orta statistik insan autizm haqqında çox şey bilmir, buna görə də ASP (aitostok spekt pozgunluğu) olan bir uşaq isterikaya düşdükdə və ya "özünü pis aparmağa" başladıqda, başqalarının ilk reaksiyası təbii olaraq mühakiməedici ola bilər.

Nə qədər çətin olsa da, başqalarının reaksiyalarına məhəl qoymayaraq işinizi davam etdirəcəyinizə qərar verə bilərsiniz. Və ya kobud şərhlərə sakitcə cavab verə və sonra uşağınızın əlilliyini izah edə bilərsiniz. Bəzi valideynlər "Mənim uşağım autizmlidir" yazılmış xüsusi kartlar və ya vərəqələr hazırlayır və orada bunun nə demək olduğunu qısaca izah edirlər. Başqalarını məlumatlandırmaq təqsirkarlıq hissini aradan qaldırmağa və evdən çıxma stressini azaltmağa kömək edə bilər. Üstəlik, nəyisə izah edə bildiyiniz hər bir insan özü də dünyamızı autizmə baxışda bir az daha anlayışlı edəcək.

Dostlarla əlaqə

Dostlarla ictimai yerlərə getmək çətin ola bilər, xüsusən də digər uşaqlar ətrafda qaçaraq əyləndiyi bir vaxtda sizin uşağınız yalnız avtomobilin təkərinin fırlanması ilə maraqanırsa bu daha çıtin olur. Uşağınızı başqaları ilə müqayisə etməməyə çalışsanız, ünsiyyət qurmağınız daha asan olacaq, lakin siz də insansınız və normal inkişafı olan uşaqların yanında olmaq sizdə qısqanclıq və çarəsizlik hissləri yarada bilər. Dostlar sizin vəziyyətinizi anlamaya bilərlər, amma əgər siz onlarla real hisslərinizi bölüşsəniz, əmin olun ki, onlar daha çox anlayış göstərəcəklər.

Özünüzün və uşağınızın yanında kimi görmək istədiyinizi seçin. Hər uşaqlarla hər bir tədbirə və ad günlərinə getmək məcburiyyətində deyilsiniz, xüsusən də bilə-bilə ki, oradakı vəziyyət mütləq şəkildə uşağınızda stressə səbə olacaq. Həmçinin sizin vəziyyətinizi başa düşə bilməyən və ya anlamaq istəməyən dostların yerinə işləri yoluna qoymaq da sizin vəzifəniz deyil. Sizi dəstəkləyən insanlarla münasibətləri davam etdirin və ünsiyyətdə sizi çarəsiz hiss etdirən dostlardan uzaq olun.

Xarici dəstək axtarşı

Özünüzü təcrid olunmuş hiss etsəniz də, zaman keçdikcə qonşuluqda autizmli uşaqları olan digər ailələrin də yaşadığını anlayacaqsınız. Sizin yaşadıqlarınızı artıq yaşamış olan və vəziyyətinizi kifayət qədər yaxşı başa düşən şəxslərlə əlaqə saxlamaq stressi və tənhalıq hisslərini azaltmağa kömək edə bilər. Uşağınızın qayğısına qaldığınız zaman, digər valideynlərlə görüşmək və xüsusi ehtiyacı olan uşaqların valideynlərinin cəmləşdiyi cəmiyyətlərdə fəal iştirak etmək imkanlarınız olacaq. Yaşadığınız regionda və ya internet vasitəsilə istər məsləhət almaq, istərsə də dostluq əlaqələri yaratmaq üçün valideyn dəstək qrupları tapa bilərsiniz. Bu imkanlardan maksimum istifadə edin, tanış olun və ünsiyyət qurun. İstər inanın, istərsə də inanmayın, bir gün gələcək ki, digər valideynlər də dəstək və məsləhət üçün sizə müraciət edəcəklər.

Uşağa ictimai yerlərə getməyə necə kömək etmək olar.

1. Övladınız haqqında biliklərdən istifadə edin. Əgər uşağınız izdihamın içində olmağı xoşlamırsa, onu Yeni il şənliyinə aparmağa ehtiyac yoxdur. Əgər uşağınız yemək yeməkdə olduqca seçici davranırsa, o zaman yeni suşi restoranına getmək hələ bir müddət gözləyə bilər. Uşağınızı hər hansı bir yerə aparmazdan əvvəl, uşağın narahatlığına səbəb ola biləcək və ya problemli davranışa səbəb ola biləcək bütün mümkün ssenariləri düşünün və bir yerə getdiyiniz zaman əvvəlcə bu amilləri minimuma endirməyə çalışın. Məsələn, uşağınızla alış-veriş üçün mağazalara gedərkən ən az sıxlıq və növbələrin ən qısa olduğu günü və saatları seçin. Restorana getmək istəyirsizsə uşağınızın sevəcəyi yeməklər təqdim edən uşaqlar üçün uyğun, ailəvi restoranlara üstünlük verin. Əgər uşağınız kifayət qədər böyükdürsə, harasa getdiyiniz zaman onu əvvəlcədən xəbərdar edin ki, onu nə gözləyəcəyini bilsin.

2. Öncədən plan qurun. Prioritetlər qoyun və hər dəfə evdən çıxanda görüləcək işlər siyahısını mümkün qədər qısa edin. Həmişə hara getdiyinizi və orada nə qədər qalacağınızı əvvəlcədən bilin. Mümkün problemlər barədə düşünün və belə problemlər ortaya çıxacağı hallarda onların qarşısını almaq üçün fəaliyyət planları hazırlayın.

3. İpuçları və vizual cədvəl üçün şəkillərdən istifadə edin. Tez-tez getdiyiniz yerlərin şəkilləri ilə uşağınıza hara gedəcəyinizi başa salın ki, onu orada nə gözlədiyini əvvəlcədən bilməsinə kömək etmiş olasınız. Evdən çıxmazdan əvvəl övladınıza hara getdiyinizi bildirən şəkili göstərin və yolda da mümkün qədər tez-tez şəkillərdən istifadə edin. Bu yolla uşaq bundan sonra baş verəcək hadisələrə hazır olacaq.

4. Uşağınızı nə iləsə məşğul edin. Evdən çıxarkən uşağınız üçün hər hansı bir xüsusi fəaliyyətlər tapın. Məsələn, böyük uşağa supermarketdə alış-veriş siyahısında olan məhsulları tapmaq "iş"i verin. Uşağınızı ictimai yerdə (məsələn, restoranda yemək yeyərkən) məşğul saxlamaq üçün onun sevimli oyuncaqlarını və ya oyunlarını özünüzlə aparın. Bəzi valideynlərin övladına ancaq evdən çıxarkən verdiyi xüsusi oyuncaq var. Bu, tıxacda qaldığınız zaman və ya həkimdə növbə gözlədiyiniz zaman uşağınızın sakit və yaxşı əhval-ruhiyyədə qalmasına kömək etmək üçün əla bir yoldur.

5. Uşağınızı tərifləyin və həvəsləndirin. Əsas diqqəti uşağın yaxşı davranışına yönəltməyə çalışın. Qızınızı növbəyə sakitcə durduğuna görə tərifləməyi və ya oğlunuzu supermarketdə heç nəyə toxunmadığı üçün tərifləməyi unutmayın. Tərifdən dərhal sonra uşağınıza xüsusi bir hədiyyə və ya mükafat verin. Sizin üçün məqbul olan davranışı nə qədər çox mükafatlandırsanız, həmin davranışı bir o qədər tez-tez müşahidə edəcəksiniz!

6. Təcrübə edin və realist olun. Autizmli uşaqla ictimaiyyət arasına çıxmaq əzələ qurmağa çalışmaq kimidir. Bunun üzərində nə qədər çox çalışsan, bir o qədər güclü olursan. Evdən çıxmaq üçün "məşqlər" təşkil edin ki, uşağınız daha yaxşı hazır olsun. Tədricən yeni vəziyyətlərə alışın. Yeni yerlərə ilk səfərlərinizi mümkün qədər qısa müddətli edin və çalışın ki həmin yer evinizə yaxın olsun. Gəzintini müsbət bir notda bitirməyə çalışın: körpənin ağlamasını gözləməkdənsə, həmin yerdən erkən ayrılmaq daha yaxşıdır.

7. Təslim olmayın. Yeni bir yerə ilk dəfə baş çəkdiyiniz zaman hər şey əla ola bilər və ya əksinə tamamilə uğursuz da ola bilər. Bunu sınamayana qədər bilməyəcəksiniz, odur ki, sınamaqdan çəkinməyin. Və bilin ki, evdən nə qədər tez-tez çıxsanız, həm siz, həm də uşağınız bir o qədər inamlı olacaqsınız. Gözləntilərinizi dəyişdirin və işlər planlaşdırıldığı kimi getməsə, reaksiya verməyə hazır olun. Əgər evdən çıxmaq çox çətin oldusa, növbəti səfərinizi başqa bir şəkildə planlaşdırın. İctimai yerləri ziyarət edərkən uşağınızın davranışını necə yaxşılaşdıra biləcəyiniz barədə ixtisaslı mütəxəssislə danışın.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar