;

Evdə autizmli uşaqlara dəstək üçün on ən yaxşı strategiya

  • 313
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Təcrübəmə görə deyə bilərəm ki, autizmli uşağı olan evlərdə diqqət yetirilməli olan bir neçə əsas strategiya və metod mövcuddur, lakin təəssüf ki, onlara riayyət edilmir. Əgər siz evdə ABA terapiya proqramına başlamazdan əvvəl bu strategiyalara əməl etsənizo zaman, məsləhətçiniz işi əvvəlcədən asanlaşdırdığınız üçün sizə çox minnətdar olacaq. Bununla yanaşı, hər şeydən əvvəl, bu strategiyalar həm sizin, həm də uşağınızın həyatında stressi azaltmağa kömək edəcək və onların yeni bacarıqlar öyrənməsini asanlaşdıracaq. ABA terapiyasını təmin etmək qabiliyyətiniz olmasa belə, bu strategiyalara sadiq qalmaqla uşağınızın həyatında müsbət dəyişikliklərə nail ola bilərsizniz. Mən bu yanaşmaları mümkün qədər tez həyata keçirməyi tövsiyə edirəm - uşaq nə qədər kiçik yaşlarında olarsa, bir o qədər yaxşıdır. Bununla belə, autizmli yaşı yuxarı olan bir uşağa və ya böyüklərə qulluq edirsinizsə, bu strategiyalar eyni dərəcədə faydalı olacağını da unutmayın.

1. Evdəki struktur/gündəlik rutin: Ardıcıllıq və nə gözlədiyini bilmək autizmli uşaqlarla iş zamanl gündəlik çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Eviniz üçün gündəlik iş rejimi hazırlayın və ona mümkün qədər ciddi şəkildə əməl edin. Uşaq hər gün eyni vaxtda yatmalıdır. Şam yeməyi eyni vaxtda olmalıdır. Çöldə gəzmək eyni vaxtda olmalıdır. Gündən-günə və hər an kəskin, gözlənilməz və əhəmiyyətli dəyişikliklər uşağınızda arzuolunmaz davranışa və ya hərtərəfli isterikaya səbəb ola bilər. Hər gün etdiklərinizə əsaslanan sabit gündəlik rejim uşağın ətraf mühitə daha çox nəzarət etməsini hiss etməyə imkan verir.

2. Günün vizual cədvəli: Niyə fəaliyyətə gündəlik cədvəl yaratmaqla başlamağın lazım olduğunu başa düşürsünüzmü? Vizual cədvəllər uşağa müstəqilliyi öyrətmək üçün çox vacibdir. Uşağınız öz səhər rejimini icra etməyi, səhər yeməyini yeməyi, məktəbə hazırlaşmağı necə öyrənə bilər? Çox sadə: vizual cədvəl vasitəsilə. Eyni tələbi ardıcıl olaraq 2, 3 və ya hətta 85 dəfə təkrarladığınız halları xatılayırsınızmı? Vizual cədvəl hazırlayın. Uşağınız bir fəaliyyət və ya tapşırığı yerinə yetirib başa vurursa, ondan sonra sadəcə olaraq ətrafda dolaşaraq, vaxtı özünü stimullaşdırma və arzuolunmaz davranışlarla doldurur? Vizual cədvəl yaradın. Vizual cədvəl bu uşaqlara indi nə etməli olduqlarını, bundan sonra nə edəcəklərini və daha nə olacağını anlamağa kömək edir. Bir məsləhət: xahiş edirəm, hələ oxuya bilməyən uşaqlarla işləyən zaman yazılı cədvəllərdən istifadə etməyin. Bu faydasızdır. Foto və şəkillərdən istifadə edin. 

3. Ünsiyyət sistemi: Mən tez-tez ünsiyyət bacarıqlarının öyrədilməsi haqqında danışıram və bu, tam olaraq haradan başlamaq lazım olduğunun cavabısıdr, özü də buna mümkün qədər tez başlamaq lazımdır. Ola bilər ki, uşağınız işarə dili, planşet, PECS və s. istifadə edərək ünsiyyət qura bilər. Ən əsası odur ki, evdəki hər kəs bu xüsusi ünsiyyət sistemini təşviq etməyə və onu qəbul etməyə razı olsun. Əgər uşaq danışa bilirsə, onu danışmağa təşviq edin və bunu ondan tələb edin. Yox əgər uşaq ancaq jestlərlə ünsiyyət qurursa o zaman  jestləri təşviq edin və tələb edin. Mən çox tez-tez görürəm ki, evdə uşaq bir çox səmərəsiz və zəif ünsiyyət formalarından istifadə edir və bu, həll olunması vacib olan bir problemdir. Yalnız bir ünsiyyət sistemini təşviq etməyə başlayın və ailədəki hər kəsin buna ehtiyac olduğunu başa düşdüyünə əmin olun. 

4. Mükafatlara məhdud giriş: Hər hansı bir "sərbəst giriş" və "dişləmə" olmamalıdır. Sərbəst giriş o deməkdir ki, əgər uşaq sadəcə Daşa İzaxtaran haqqında cizgi filminə “pərəstiş edirsə”, o zaman onun Daşaya hər gün saatlarla baxmaq imkanı var. Dişləmə o deməkdir ki, əgər uşaq sadəcə simit yeməyi xoşlayırsa, o zaman o, hər an mətbəxə girib, şkafı aça və bütöv bir simit götürə bilər. Əgər uşağınızın ən çox bəyəndiyi şeylərə onsuz da sərbəst və qeyri-məhdud çıxışı varsa, o zaman onu yaxşı davranışına görə necə mükafatlandıracaqsınız? Müsbət mükafatlandırma uşağınıza yeni bacarıqlar öyrətmək üçün effektiv və kritik dərəcədə vacib strategiyadır. Bəzən valideyinlərdən eşidirəm ki: "Onun hər hansı bir  mükafatı yoxdur!", Çox vaxt bu, uşağın istədiyi şeyləri əldə etməsi üçün çalışmasına ehtiyac olmadığını göstərir, çünki onun istədiyi hər şeyə sərbəst çıxışı var.

5. Qaçışların qarşısının alınması üçün aktiv strategiyaları: Qaçma riski - autizmli bir çox uşaq, xüsusən də verbal olmayan uşaqlar üçün böyük təhlükədir. Uşağınıza qaçmamağı çox erkən yaşlarından öyrətməyə başlaya bilərsiniz. Gündəlik rejimlə yanaşı (bunun nə qədər vacib olduğunu görürsünüz?), evdə davranış qaydalarına sahib olmalısınız. Qaçışla bağlı qayda “Çölə çıxmazdan əvvəl ananızdan soruşmalısınız”a bənzər bir şey ola bilər. “Dayan və soruş” qaydası ilə bağlı vizual işarələr hazırlayın və onları hər qapının yanında yerləşdirin. Uşaq qapıya yaxınlaşanda ona təkbaşına çölə çıxa bilməyəcəyini xatırlatmaq lazımdır. Uşağınıza sizə yaxınlaşmağı və onun ünsiyyət sistemindən (PECS, jestlər, planşet və s.) istifadə edərək sizə "gəzmək" istəməsini deməsini öyrədin. İndi ümuiyyətlə çölə çıxmağa icazə verilmədiyini göstərmək üçün gecələr vizual işarələri örtmənizi təklif edirəm. Və ya başqa bir ipucu asa bilərsiniz, məsələn, "Gözlə". Uşağa izah edin ki, o ancaq günəş işıq saçanda çölə çıxa bilər.

6. Seçim üçün lövhə: Mən həmişə uşaqlarıma seçim etməyi öyrətməkdən həzz alıram. Axı öz seçimini etmək hər bir insanın fundamental hüququdur. Lakin təəssüf ki, əlilliyi olan uşaqlardan söhbət gedəndə bu hüquqa çox vaxt məhəl qoyulmur. Uşağa harada oturmaq, hansı filmə baxmaq, meyvə suyu və ya süd kimi daha çox seçim verməklə bir çox problemli davranışları azaltmaq və ya ümumiyyətlə aradan qaldırmaq mümkündür. Uşaqlara seçim etməkdə kömək etmək üçün adətən onların sevimli fəaliyyətləri, yeməkləri və ya oyuncaqları üçün kartları olan vizual seçim lövhəsi düzəldirəm. Gün ərzində mən onlara seçim lövhəsini dəfələrlə göstərirəm və onlara nə edəcəyini, nə yeyəcəklərini və ya nə ilə oynayacağını seçməyə icazə verirəm. Uşaqdan asılı olaraq, əgər uşaq mükafatlanmaqdan bezərsə, seçim lövhəsi müxtəlif müntəzəmliklə yenilənə bilər. Mən də seçim lövhəsindən istifadə etməyi xoşlayıram, çünki o, mənə müxtəlif əşyalara baxmağı və onlardan birini seçməyi öyrədir. Əgər verbal olmayan bir uşağınız varsa, o qışqırarkən onun nəyə ehtiyacı olduğunu anlamağa çalışmaq əvəzinə, sadəcə ona şəkil lövhəsini verin və "Seç" deyin. 

7. Tualet vərdişləri üçün şərtlər: Bu, bir çox evdə lazım olan, lakin  çox nadir həyata keçirilən böyük bir strategiyadır. Uşağınız tualet təhsili üçün çox kiçik olsa belə, bu strategiyaya dərhal başlamalısınız. Uşaq bezlərini yalnız vanna otağında dəyişdirin, uşağınıza geyinmək və soyunmaqda sizə kömək etməsini öyrədin, elə edin ki, çirkli uşaq bezini o özü zibil qutusuna atsın və sonra özü əllərini yusun. Siz əslində unitzada oturmaqdan əlavə, tualetlə bağlı hər şeyi öyrətməlisiniz. Uşaq vanna otağına alışır və sonra ehtiyac duyacağı bir çox bacarıqları öyrənir (məsələn, şalvarının düyməsini necə açmaq lazımdır). Əl yuma kimi mürəkkəb bacarıqlar üçün addım-addım vizual cədvəl hazırlayın. Əgər uşaq çirklidirsə, o zaman paltarın dəyişdirilməsində iştirak etməli, uşaq bezini və ya çirkli alt paltarını atmalı, əllərini yumalıdır.

8. Multimodal sensor stimullaşdırma üçün əşyalar: Bu, təkrarlanan, özünü stimullaşdıran davranışın və hiperaktivliyin azalması ilə birbaşa bağlıdır. Əgər uşaqlar həvəsləndirməyə çox vaxt sərf edirlərsə, valideynlər tez-tez məndən bunu azaltmağımı xahiş edirlər. Amma, körpənizin hər hansı bir şey üçün stimullaşdırılması vacibdir. Ona görə də mən həmişə onu basdırmağı yox, yönləndirməyi məsləhət görürəm. Uşağınızın ehtiyac duyduğu duyğu stimulyasiyasını əldə etmək üçün manipulyasiya edə biləcəyi və qarşılıqlı əlaqədə ola biləcəyi əşyaları tapın ki, onlar bütün günü evin ətrafında dolaşmaq, qollarını silkələmək və ya fırlanmaq məcburiyyətində qalmasınlar. Seçimlər arasında böyük gimnastika topları, batut, müxtəlif əşyalar olan sensor qutular, parlayan oyuncaqlar, barmaq boyaları və s. ola bilər

9. Öz-özünə məşğulluq üçün iş sahəsi: Tapşırıqları yerinə yetirmək mənim ən çox sevdiyim proqramlardan biridir. Mən bu proqramı sevirəm, çünki o, asudə vaxt bacarıqlarını (mənim məşğul olduğum uşaqlarla ilk görüşümdə indiyə qədər heç vaxt müvafiq asudə vaxt bacarıqlarına malik olmadıqlarını müəyyən edirəm) və eləcə də müstəqilliyi öyrədir. Uşağınızı bütün günü əyləndirmək məcburiyyətindəsiniz? Zəng etməli, paltar yumalı və ya e-poçt göndərməli olduğunuz halda uşağınız özünü nə iləsə məşğul edə biləcəkmi? Əgər edə bilməyəcəksə, o zaman ona müstəqil məşğuliyyətlər öyrədilməlidir. Kiçik bir iş yeri ayırın, bir neçə fəaliyyət seçin və taymeri quraşdırın. Uşağınıza taymer sönənə qədər tapşırıqları yerinə yetirməyi öyrədin və sonra ona böyük bir mükafat verin. Vaxt keçdikcə iş yerindəki fəaliyyətlər vizual cədvələ əlavə oluna bilər (görürsünüz, o niyə bu qədər vacibdir?) və uşaq müstəqil şəkildə yemək yeyə, təmizlik işləri apara, ev tapşırıqlarını və s. etməyi öyrənə bilər.

10. İstirahət üçün yer: Bu, daha tez-tez görmək istədiyim başqa bir strategiyadır, çünki o çox vaxt lazım olur. Autizmli uşaqlar gün ərzində həddindən artıq yüklənmə və həddən artıq stimullaşdırma ilə qarşılaşırlar ki, bu da əhval-ruhiyyənin korlanmasına, isterikaya və özünə xəsarət etməyə səbəb ola bilər. Çox vaxt valideynlərin uşağın hissləri üçün tam məsuliyyət daşıdığını müşahidə edirəm. Məsələn, ağlayan körpəni götürüb yelləmək və ağlamağı dayandırana qədər təsəlli vermək. Birincisi, belə etdikdə onların problemli davranışını gücləndirirsiniz. İkincisi, uşaqlara kiçik yaşlarından emosiyalarını idarə etməyi öyrətmək lazımdır və bu çox vacibdir. Evin sakit bir küncünü ayırın və ora sakitləşməyə kömək edəcək əşyalar qoyun (yastıqlar, idman topu və s.). Uşaq əsəbiləşdikdə və ya həddən artıq çox yüklənməkdən əziyyət çəkdikdə, ona sakitləşmək lazım olduğunu izah edin, məsələn: “Ağlayırsan və oyuncaqlarını atırsan. Sakitləşmək lazımdır”. Uşağı istirahət etmək üçün bir yerə yönəldin və ona sakitləşdirici bir şey etməyə kömək edin, məsələn, dərindən və yavaş-yavaş nəfəs almaq, beşə qədər saymaq və s. Uşağınıza sakitləşmək üçün hansı addımları atmalı olduğunu göstərmək üçün vizual işarələrdən istifadə edin. Uşağınızın əhval-ruhiyyəsinin yaxşılaşması üçün onu tərifləyin və həvəsləndirin. Vaxt keçdikcə siz övladınıza sadəcə olaraq sakitləşməyi söyləyə biləcəksiniz və o, tək başına istirahət etmək üçün bir kənara çəkilə, istirahət məşqləri edə və özünü yaxşı hiss etdikdə geri qayıda biləcək. Sakitləşdirici strategiyaları (onların vizual işarələri) həmişə özünüzlə daşımalı və istənilən şəraitdə onlardan istifadə etməlisiniz. Unutmayın ki, əhəmiyyətli olan yerin özü deyil, sizin övladınıza öz duyğularını tənzimləməyi öyrətmənizdir.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar