;

"Hisslər cədvəli": Autizmli uşağa emosional özünü tənzimləmədə necə kömək etmək olar

Uşağın sinir pozğunluqlarının qarşısının alınması və onun məktəb şagirdlərinə necə tətbiq ediləcəyinə dair metodologiyanın təsviri
  • 347
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Yetkinlər, onlara məlumat veriləcəyi halda, uşaqda mənfi hisslərin artmasını dayandıra bilərlər. Bunu etmək üçün şagirdlə problemlə bağlı danışa və ya ona sakitləşdirici bir şeylə məşğul olmaq imkanı verə bilərsiniz. Ancaq çox vaxt, ASP (autustik spekt pozğunluğu) olan uşaqlar hisslərini ifadə etməkdə çətinlik çəkir və nəticədə ətrafındakılar bu hisslərdən xəbərsiz olurlar və ya onları öyrəndikdə artıq çox gec olur. "Hisslər cədvəli", duyğuların ifadə edilməsi üçün effektiv vizual bir ipucu rolunda çıxış edə bilər. Əksər hallarda uşaqlar belə bir cədvəldən hətta sözsüz belə istifadə edə bilirlər.

Sinifinizdəki hisslər cədvəli

Hisslər cədvəlinin effektiv bir strategiya olması üçün, uşağa hər səviyyədə hansı hissin təqdim edildiyini izah etməlisiniz. "Hər şey yaxşıdır"la "mənim problemim var" arasındakı fərq nədir?

Cədvəlin hər bir bəndini hisslərlə əlaqələndirmək üçün birbaşa izahatlara müraciət etməlisiniz. Bu cür izahatlar olan dərslər müxtəlif yollarla, o cümlədən müxtəlif əşyalardan, uşağın və digər insanların fotolarından istifadə etməklə həyata keçirilə bilər.

 

 

Hisslər cədvəli

 

Mən nə hiss edirəm

Mən nə edə bilərəm

5

Mənə kömək lazımdır

Komiks çəkmək

Kiminləsə söhbət etmək

4

Mən çox dilxoram

Rəngləmək

Okean haqqında düşünmək

3

Mənim problemim var

Musiqiyə qulaq asmaq

Dərindən nəfəs almaq

2

Hər şey normaldır

Su tökmək

1

Özümü əla hiss edirəm

Gəzmək

 

Belə bir dərsin əvvəlində, bəzi xüsusi vəziyyətlərin şəkillərindən və ya videoların ssenarilərinin istifadə edərək müəyyən bir hiss və ya emosiyaları təsvir edə bilərsiniz. Belə bir dərs zamanı uşaqıar suallara cavab verə və ya müxtəlif ssenariləri canlandıra bilərlər.

Sonra müəllim onu ​​yaxşı başa düşüb-düşmədiklərini yoxlaya bilər. Məsələn, o, cədvəldəki yazılar olan beş səbət qoya bilər və sonra, görüntüyə və ya videonun təsvirinə uyğun olaraq hər hansı bir topu lazım olan səbəbtə atmağı xahiş edə bilər.

Şagirdlər hər sütununun mənasını başa düşməyə başladıqları andan etibarən cədvəldən daha təsirli şəkildə istifadə etməyi bacaracaqlar.

Şəxsi təcrübədən nümunə

Mən məsləhətləşmə üçün tanımadığım bir sinifə gəldikdə müəllim uşaqlardan birinin tez-tez əsəbləşdiyini və bununla nə etmək lazım olduğunu bilmədiyini söylədi. Mən həmin uşağı heç vaxt görməmişdim, amma buna baxmayaraq vəziyyəti qiymətləndirmək və ən yaxşı addımları müəyyənləşdirmək üçün vizual dəstəyə etibar etdim.

Kompüterimi açdım və şagirdə hisslər cədvəlini göstərərək hər sütunun mənasını qısaca izah etdim. Sonra ondan indi hiss etdiklərinin hansı səviyyəyə uyğun gəldiyini soruşdum. 5-in ən güclü mənfi hiss və sinir böhranına yaxın olduğu 1-dən 5-ə qədər olan şkalada o, 4 rəqəmini seçdi. O dedi "Mən indi 4 -də təsvir olunan vəziyyətdəyəm və nə etməli olduğumu bilmirəm".

Bu oğlan qışqırmırdı, heç kəsi döymürdü və əşyaları ortalığa səpələmirdi. Ancaq daxilən o dördüncü mərhələdə idi - yəni, çox yüksək məyusluq dərəcəsində.

Bu nümunədən görürük ki, hisslər cədvəli iki məqsədi yerinə yetirir:

1. Şagirdə indi hiss etdiyini çatdırmağa kömək edir və daha da vacib olanı,

2. Şagirdə sakitləşmək üçün hansı strategiyanı seçməyi təyin etməyə kömək edir.

Hətta bu cür həyəcanlı bir vəziyyətdə belə, bu oğlan onu sakitləşdirməyə kömək edən bir neçə strategiyanı sadalaya bildi. Biz bu hərəkətləri Hisslər Cədvəlindəki sütunda qeyd etdik. Oğlan aşağıdakı strategiyaları seçdi:

Planetlər haqqında kitab oxumaq, əli ilə nəyisə ovuşdurmaq, su içmək. Beləliklə, hisslər cədvəli yalnız bir ünsiyyət metoduna deyil, eyni zamanda bu hisslərlə nə edilə biləcəyi ilə bağlı ipuclarının təsvir olunduğu hala gəldi.

Hisslər cədvəli nümunəsi

Siz hisslər cədvəlini istənilən mətn redaktorunda təşkil edə bilərsiniz. PPTX formatında olan cədvəl nümunəsini isə bu linkdən yükləyə bilərsiniz.

Hisslər cədvəlindən sinifdə necə istifadə etmək olar

Autizmli bir uşaq üçün fərdi hisslər cədvəli hazırladınızsa artıq mütəmadi olaraq həmin cədvəldən uşağın sinir böhranlarının və problemin davranışının profilaktikası, habelə davranış partlayışlarının deeskalasiyası üçün istifadə etməlisiniz.

Hər hansı digər strategiya vəziyyətində olduğu kimi, burada da ondan necə istifadə edilməli olduğunu və mütəmadi olaraq ona nəzər yetirməyin vacibliyini öyrətməlisiniz. Üstəlik, bunu uşaq sakit olduqda və hər hansı bir problemi olmadıqda etmək lazımdır.

Beyninin "yaxşı formada" olduğu zaman, yəni uşağın rasional düşünə biləcəyi zamanlarda cədvəl ilə işləməyə vərdiş etməsi vacibdir. Əks təqdirdə, cədvəl problemli vəziyyətlərlə əlaqələndiriləcək və bu da öz növbəsində yalnız mənfi hisslər oyandıracaqdır.

Adətən Hisslər Cədvəlindən istifadə etmək üçün ən yaxşı vaxt - səhər saatlarıdır, yəni dərslərə başlamazdan əvvəl. Əgər uşaq evdə və ya yolda hər hansı bir problemlə rastlaşmayıbsa bu, adətən, "başlanğıc nöqtəsini" müəyyən etmək üçün ən yaxşı vaxtdır.

– Uşağın yaşından və bacarıqlarından asılı olaraq, hisslər cədvəlini hisslərin təsviri ilə ayrıca bir qovluq kimi də təşkil edə bilərsiniz. Və ya bu, uşağın iş dəftərindəki ayrıca bir vərəq də ola bilər. Bu iki formanı birləşdirmək də mümkündür.

- Uşağın özünü sakitləşdirməsi üçün strategiyaları hər gün təkrarlaya bilər, eləcə də onların yaddaşda möhkəmləndirilməsi üçün müvafiq rol oyunları da yarada bilərsiz.

“Hisslər cədvəli”nin köməyi ilə müəllim səhərdən etibarən şagirdin vəziyyətini qiymətləndirə və ona uyğun olaraq necə hərəkət edəcəyini müəyyənləşdirə bilər.

Cədvəlin nəticəsinə cavab olaraq, müəllim müsbət hissləri təşviq edə və vurğulaya bilər və ya problem olduqda müvafiq dəstək verə bilər. Sonuncu halda, şagirdə mövcud vəziyyətə ən uyğun olan sakitləşdirici fəaliyyətlərdən birini seçməyə kömək edin.

Gün ərzində potensial problemlərin qarşısını almaq üçün Hisslər cədvəlindən istifadə etmək imkanlarını axtarın.

Mən 1-dən 5-ə qədər olan cədvəllə iş təcrübəmə görə (harada ki 1 - çox sakit və xoşbəxtdir) deyə bilərəm ki, əgər hər hansı bir şagird 4 və ya 5-ci səviyyəyə çatırsa, bundan sonra onun sakitləşməsi çox çətin olacaq. Odur ki, şagird artıq 3-ə çatdıqdan etibarən yəni, onun sakitləşə bilmə şansı hələ də çox yüksək olduqda müdaxilə etmək çox vacibdir.

Hisslər cədvəlindən günün sonunda nəticələrə baxış zamanı da istifadə edə bilərsiniz. Cədvəl əsasında şagird ilə nəyin alındığını və nəyin alınmadığını müzakirə edə və növbəti dərs günü üçün daha yaxşı planlar qura bilərsiniz.

Yadda saxlayın ki, hisslər cədvəlinə şagirdin sakit və rahat olduğu zamanlarda müraciət etmək lazımdır. Belə anları nə qədər tez-tez qeyd etsək və vurğulasaq, daha müsbət münasibət saxlamaq da bir o qədər asan olar.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar