;

Niyə “Problemli” davranış həmişə əvəz edilməlidir?

Arzuolunmaz davranışların qadağalarla deyil, digər davranışları öyrətməklə əvəz edilməsinə dair düşüncələr
  • 1194
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Mən mükafatlandırmanın əhəmiyyəti haqqında çox yazmışam, lakin indi başqa bir çox vacib olan anlayışa diqqət çəkmək istəyirəm: əvəzetmə davranışı.

Biz hamımız asanlıqla uşaqlara nə etməməli olduğunu söyləmək vərdişinə düşə bilərik. “Buna toxunma!”, “Burnunu eşələmə!”, “Qaçma!”. Bu, heç də ən təsirli strategiya deyil. Əvəzində biz ona NƏ etməli lazım olduğunu desək, uşaqdan daha yaxşı nəticələr əldə edəcəyik.

Uşağınıza öyrədə biləcəyiniz əvəzetmə davranışlarına dair bəzi nümunələri sizə təqdim edirəm:

- Uşaq sualı başa düşmədikdə danışmaqdan imtina edir və gedir. Siz ona “başa düşmürəm” və ya “izah edə bilərsənmi?” deməyi öyrədə bilərsiniz. Əvvəlcə siz uşaq üçün onun nəyi deyə biləcəyini  modelləşdirə bilərsiniz. Daha sonra təkə-tək rol oyunlarından istifadə edərək bu cavabları təcrübədən keçirin. Sonra siz bu bacarığı sinifdə və ya onun bu bacarıq tələb edə biləcəyi digər təbii vəziyyətlərdə ümumiləşdirə bilərsiniz.

- Riyaziyyat dərsi başlayanda uşaq tez-tez sinifdən qaçmağa çalışır. Şagirdi bir siqnal və ya simvolla tanış edin (məsələn, o, "dayan" kartını göstərə bilər). Uşaq həmin katrın vasitəsiləfasilə verilməsini xahiş edə bilər. Əvvəlcə uşaq hər dəfə siqnaldan düzgün istifadə etdikdə ona fasilə verməyə icazə verə bilərsiniz. Sonra yalnız hər hansı bir riyaziyyat tapşırığını yerinə yetirdikdən sonra fasilə verəcəksiniz, sonra tapşırıqların sayı artacaq. Bu, ona dərsi kəsmədən təhlükəsiz və uyğun təcrübə ilə fasilə əldə etməyə imkan verəcək.

- Uşaq yemək yedikdən sonra boşqabı özündən itələyir, nəticədə boşqab ya masanın ortasına ya da döşəməyə düşür. Ona boşqabı qabyuyana qoymağı öyrədə bilərsiniz. İlk vaxtlar üçün o, qabyuyana yalnız çəngəl qoya biləcək. Sonra masa arxasında özünü düzgün aparana və müstəqil davranmağa başlayana qədər qabyuyana qoymaq üçün getdikcə daha çox yeni əşyalar əlavə edə bilərsiniz. Başqa bir seçim, uşağa masadan qalxmaq üçün əvvəlki nümunədə olduğu kimi simvol və ya siqnaldan istifadə etməyi öyrədə və ya ona “Gedə bilərəmmi?” deməyi öyrədə bilərsiniz.

Əvəzedici davranış aşağıdakı tələblərə cavab verməlidir:

- Davranış çox səy tələb etməməli, uşaq tərəfindən rahatlıqla yerinə yetirilə bilməlidir.

– Siz məqsədyönlü şəkildə təkbətək vəziyyətdə əvəzedici davranışı öyrədirsiniz. Uşaqda yeni davranışı dəfələrlə tətbiq etmək imkanlar olmalıdır. Uşaq artıq problemli davranışı nümayiş etdirsə siz ona yeni bir davranış öyrədə bilməzsiniz.

– Öyrənmə zamanı uşaq əvəzedici davranışl təcrübə etdiyinə görə mükafatlandırılmalıdır.

– Mümkün olduqca, ona nail olmaq lazımdır ki, əvəzedici davranış problem davranışla eyni funksiyanı yerinə yetirsin. Məsələn, uşaq hər hansı bir şeydən qaçmaq üçün bir davranışdan istifadə edirsə, əvəzedici davranış ondan qaçmağın daha uyğun bir yolunu öyrətməlidir.

Çox vaxt vəziyyət sadəcə olaraq uşağa davranışı əvəz etməyi öyrətməyə başladığınız üçün kəskin şəkildə dəyişir. Digər hallarda sizə əvəzedici davranış təlimini digər strategiyalarla birləşdirmək lazım olacaq. Məsələn, bu, diferensial mükafatlandırma ola bilər - siz uşağı əvəz edici davranışa görə mükafatlandırırsınız, problemli davranışa görə isə hər hansı bir mükafatlandırma olmur.

Bir şeyi dəqiq bilirəm ki, müvafiq əvəzetmə davranışının müəyyən edilməsi və öyrədilməsi demək olar ki, hər bir davranış modifikasiyası proqramının əsas hissəsidir və ona məhəl qoymamaq olmaz.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar