;

Bu nədir? - Sualı Soruşması

Bu nədir? - Sualı Soruşması
  • 337
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Məqsəd: Uşağın tanımadığı əşyanı təqdim etdikdə “bu nədir?” sualı verməsi

Ləvazimat: Qutu, fincan, top, köpük, sarımsaqəzən, təspəh, maşın

Tapşırıq: Uşağın qabağına müxtəlif əşyalarla dolu qutunu qoyun. Qutuda uşağın bildiyi və bilmədiyi əşyalar olmalıdır. Onun diqqətini cəlb edin, əşyaları bir-bir çıxartmağa təşviq edin və soruşun: "bu nədir?” Uşağa əşyaları göstərməyə və onları ardıcıllıqla adlandırmağa kömək edin (fincan, top, köpük). Cavabları təkrar etdirməklə möhkəmləndirin. Uşaq bilmədiyi əşyanı çıxaranda “bu nədir?” sualı verdikdə onu mükafatlandırın. “Bu nədir?” sualını vermək bacarığını  möhkəmləndirmək üçün onu növbəti tanımadığı əşyanı qutudan çıxartmağa təşviq edin.

Əvvəlki dərs "Kim?", "Nə?", "Hara?" suallarına cavab vermə
Növbəti Dərs Sərbəst şəkildə əşyalarla bağlı şərh etmə
Əlaqəli dərslər
© Image Copyrights Title

Artikulyasiya gimnastikası

© Image Copyrights Title

"Haradadır?" İfadəsinin İstifadəsi