;

"Haradadır?" İfadəsinin İstifadəsi

"Haradadır?" İfadəsinin İstifadəsi
  • 1132
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Məqsəd: Uşağın gizlədilən əşyanı adlandırması və yerini işarə etməsi

Ləvazimat: papaq, kitab, maşın, top, qələm

Tapşırıq: Uşağın oturduğu stulun arxasına onun adını deyə biləcəyi 5 əşya qoyun. Uşağın üzünü əşyalar qrupuna çevirərək həmin əşyaların harada olduqlarını göstərin və deyin: "Bax, orada top, maşın, kitab, qələm və papaq var". İndi isə uşağı özünüzə tərəf elə çevirin ki, o, əşyaları görməsin və bir əşyanın oturacağın altına gizlədin. Daha sonra uşağı oyuncaq sırasına çverilməsini təşviq edib soruşun: “Nə yoxdur burda?”. Uşaq cavablandırdıqdan sonra  " ... (əşyalardan birinin adı) haradadır?" sualını verin. Uşağı ayağa qalxmağa və həmin əşyanı götürməyə(və ya işarə etməyə) təşviq edin. Hərəkətləri və cavabları möhkəmləndirin. Hər dəfə uşağın düzgün cavab verməsi üçün etdiyiniz köməkliyin səviyyəsini zəiflədin. Sonda yalnız düzgün cavabları möhkəmləndirin.

Əvvəlki dərs "Kim?", "Nə?", "Hara?" suallarına cavab vermə
Növbəti Dərs Sərbəst şəkildə əşyalarla bağlı şərh etmə
Əlaqəli dərslər
© Image Copyrights Title

Artikulyasiya gimnastikası

© Image Copyrights Title

"Haradadır?" İfadəsinin İstifadəsi