;

Əşyaları xüsusiyyətlərinə görə adlandırma

Əşyaları xüsusiyyətlənə görə adlandırma
  • 314
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Məqsəd: Uşağın əşyanın 2-3 xarakteristikasını adlandırması (baxış sahəsində olmayan əşyanın)

Ləvazimat: maşın, apelsin, alma, it maketləri və qutu

Tapşırıq: Üzü uşağa qarşısında oturun. Onun diqqətini cəlb etməyə nail olun və  soruşun: “Mənə ... (obyektin adı, məsələn, maşın) haqqında danış." Uşağa obyekti rəngi, forması, məqsədi və müəyyən bir qrupa aid olması ilə xarakterizə etməyə kömək edin. Məsələn: “Qırmızıdır, təkərləri qara ola bilər, yumru olurlar.”. Düzgün cavab verməyə kömək edin. Cavabları möhkəmləndirin. Sonda yalnız düzgün cavabları möhkəmləndirin.

* Əvvəlcə təkcə bir xüsusiyyət verməyi öyrədin (“bu qırmızı maşındır”), sonra iki (“bu qırmızı maşındır, 4 təkəri var”), sonra üç xüsusiyyət (“qırmızıdır, 4 təkərlidir, rolun arxasında sürücü oturub”).

*Hal-hazırda gözlə görmədiyi əşyalar elə seçilməlidir ki, həmin əşyaları uşaq gördüyü zaman artıq təsvir etməyi bacarmış olsun. Yəni, əvvəldən görərkən təsvir etməyi bacardığı obyektlər seçilməlidir.

Əvvəlki dərs "Kim?", "Nə?", "Hara?" suallarına cavab vermə
Növbəti Dərs Sərbəst şəkildə əşyalarla bağlı şərh etmə
Əlaqəli dərslər
© Image Copyrights Title

Artikulyasiya gimnastikası

© Image Copyrights Title

"Haradadır?" İfadəsinin İstifadəsi